Təhsil İdarəsi: "Soyuq hava məktəblərdə davamiyyətə mənfi təsir edir"

Təhsil İdarəsi: "Soyuq hava məktəblərdə davamiyyətə mənfi təsir edir"
16:32 3 Noyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təchiz edilən orta məktəblərə istiliyin verilməsinə noyabrın 15-dən başlanacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.

Onun sözlərinə görə, havaların soyuq keçməsi ilə əlaqədar orta məktəblərə istiliyin vaxtından əvvəl verilməsinı ehtiyac var. Lakin müvafiq qaydalara görə, istilik noyabrın 15-dən aprelin 15-ə qədər verilir.

M.Vəliyeva qeyd edib ki, bu il "Azəristiliktəchizat" ASC-dən fərdi qazanxanaları olan məktəblərə istiliyin verilməsi ilə bağlı müraciətlərinə müsbət cavab alıblar. Noyabr ayının 1-dən etibarən fərdi qazanxana işləyən təxminən 117 məktəbə istilik verilib: "Mərkəzləşdirilmiş qaydada istiliyin verilməsi yalnız orta məktəblərə şamil edilmir. Digər müəssisələr və fərdi yaşayış binaları da mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təchiz olunur. Ona görə də bizə istiliyin noyabrın 15-də veriləcəyi deyilib".

M.Vəliyeva bildirib ki, hazırda Bakıda 135 məktəb mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təchiz edilir: "Təbii ki, havaların soyuq keçməsi məktəblərdə şagirdlərin davamiyyətinə mənfi təsir edir. Lakin bu problemlər ümumilikdə tədris prosesinin dayanmasına təsir göstərmir. Bu gün məktəblərdə dərsə davamiyyətlə bağlı məsələdə heç bir problem yoxdur".

Qeyd edək ki, Təhsil Nazirliyi bu il havaların tez soyuması ilə əlaqədar orta məktəblərin vaxtından əvvəl istiliklə təmin edilməsi üçün "Azəristiliktəchizat" ASC-yə müraciət etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR