Qarabağın qaytarılması üçün hücum strategiyası hazırdır - PLAN

Qarabağın qaytarılması üçün hücum strategiyası hazırdır - PLAN
16:33 3 Noyabr 2016
4282 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbhədə baş verən gərginlik fonunda Dağlıq Qarabağda müharibə ssenariləri gündəmə gəlir.

Publika.az
xəbər verir ki, bu ssenarilər haqda ən çox erməni politoloqları danışırlar.

Onlar aprel müharibəsində Ermənistanın uğradığı məğlubiyyəti və yeni təhlükəni xüsusi vurğulayırlar.

Erməni politoloq Levon Şirinyan deyir ki, Rusiya Qarabağ kartını oynamaqda davam edir: “Moskva Ermənistanın daxilində baş verən hadisələrdən narahatdır. Çünki baş verənlər Rusiyanın Ermənistanı tamamilə itirməsi ilə nəticələnə bilər. Ehtimal ki, Kreml yeni ssenari hazırlayıb və bu ssenaridə Ermənistanda bəzi dəyişikliklər etməkdir. Qarabağ kartı bu prosesdə mühümdür. Xüsusilə münaqişənin Rusiya planına uyğun, yəni ərazilərin qaytarılması ilə həlli əsas götürülür. Bunun reallaşması üçün lazım olsa müharibə də başlaya bilər”.

Onun sözlərinə görə, Rusiya Azərbaycana heç vaxt dost deyə səslənməyib.

“Həmişə tərəfdaş olaraq görüb. Əvəzində Ermənistan dost ölkə olub. Lakin Ermənistan daxilində ruslara qarşı olan hadisələrin baş verməsi vəziyyəti dəyişir”, - deyə o, qeyd edib.

Rusiyaya qarşı alternativ olaraq Qərbə üz tutmaq təklifləri səslənsə də, İrəvan rəhbərliyinin buna getməyəcəyi, daha doğrusu bacarmayacağı da məlumdur. Digər tərəfdən, Qərbin Ermənistana münasibəti birmənalı deyil.

Misal üçün, “1in.am” saytı yazır ki, Qərb Ermənistana dövlət kimi baxmır: “Ermənistan Qərb üçün daha çox coğrafi ərazidir. Bu baxımdan, bizim ölkəmizlə strateji məsələlər haqda müzakirələr aparılmır. Qərb sadəcə Ermənistanın tamamilə ruslaşdırılmaması üçün bəzi addımlar atır”.

Erməni analitik İqor Muradyan yenidən Türkiyənin Qarabağ müharibəsinə müdaxiləsindən danışıb.

Qeyd edək ki, Muradyan dünən qələmə aldığı məqalədə Qarabağda iki müharibə ssenarisini irəli sürmüşdü. Birincisi, münaqişə tərəflərinin toqquşması, digəri isə Türkiyənin müdaxiləsi ilə baş verə biləcək müharibə.

Qarabağda döyüş başlayır - Ermənistanın məhvinin iki SSENARİSİ

Ermənistan politoloqları Qarabağda mümkün müharibə zamanı Ermənistana heç kimin dəstək verməyəcəyini etiraf edirlər.



Muradyan bu dəfə Türkiyə ordusunun Ermənistan sərhədlərini keçə biləcəyi haqda danışıb və belə olacağı təqdirdə, ABŞ və NATO-nun özünü necə aparacağını şərh edib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanı müdafiə etməyəcəyini deyən Muradyan yeganə ümidin NATO və Amerika olduğunu bildirib.

“Lakin Türkiyə mümkün Qarabağ müharibəsində Ermənistan sərhədlərinə daxil olarsa, bu zaman NATO və ABŞ-ın necə rəftar edəcəyi sual altındadır. Türkiyə NATO-nun üzvüdür və qaydalara görə, bu ölkənin iştirak edəcəyi hərbi proseslərdə ittifaq ona dəstək verməlidir. Lakin tam demək olmaz ki, NATO Türkiyə ordusunun Ermənistana müdaxiləsinin tərəfdarıdır. Bu baxımdan ortaya suallar çıxır”, - deyə o bildirib.

Muradyan əlavə edib ki, Türkiyə Qarabağ müharibəsində hərəkət strategiyasını da artıq hazırlayıb.

Asif

Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR