Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR istiqrazları 1025 dollara qalxdı

SOCAR istiqrazları 1025 dollara qalxdı

Date: 3 November 2016 16:38

Bakı Fond Birjasında (BFB) nominal dəyəri 1000 ABŞ dolları olan SOCAR İstiqrazlarının alğı-satqısı davam edir.

Publika.az xəbər verir ki, 2016-ci ilin 2 noyabr tarixində SOCAR istiqrazlarını əldə etmək istəyənlər üçün satış qiyməti 1017.08 ABŞ dollardan baş tutub. Qeyd etmək lazımdır ki, bu qiymət istiqrazların nominal dəyəri olan 1000 ABŞ dollarından 1.71% yüksəkdir. Beləliklə, SOCAR İstiqrazları sahibinə ilk 3 ayın sonunda qazandıracağı 12,50 ABŞ dollarının üzərinə çıxaraq, 1017.08 dollardan satılıb.

SOCAR İstiqrazlarını bu gün almaq istəyənlər üçün satış qiyməti 1025 ABŞ dolları təşkil etməkdədir.

Aldıqları istiqrazları satmaq istəyənlər isə həmin istiqrazları ən azı 1010 ABŞ dolları qiymətinə marketmeyker “PSG Kapital”a sata bilərlər.

Qeyd edək ki, 18 oktyabr – 2 noyabr 2016 tarixləri aralığında BFB-də SOCAR İstiqrazları üzrə 5 135 775.44 ABŞ dolları məbləğində alış-satış əməliyyatı baş tutub.

Xatırladaq ki, SOCAR İstiqrazları 2021-ci ilə qədər tədavüldə olacaq. İstiqrazların illik gəlirliliyi 5%-dir. Faizlər hər 3 aydan bir ödənilir.

İqtisadiyyat şöbəsi


Tags:  SOCAR istiqrazları 1025 dollara qalxdı


RƏYLƏR


Top news