Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yüksək vəzifəli məmura qarşı 90 min manatlıq dələduzluq

Azərbaycanda yüksək vəzifəli məmura qarşı 90 min manatlıq dələduzluq

Date: 3 November 2016 16:47

Bakıda vəzifəli şəxsə qarşı külli məbləğdə dələduzluq edilib.

Milli.Az report-a istinadən bildirir ki, Hüsaməddin Məlikov adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2009-cu ilin aprel ayında Bakı şəhər sakinləri YaşarƏlisafa adlı şəxslər onu aldadaraq 90 000 manat alıblar. O, şikayət ərizəsində ötən 7 il müddətində pulunu ala bilmədiyini vurğulayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
H.Məlikov "Azərbaycan Dəmir Yolları" QSC-nin Yük və kommersiya şöbəsində yüksək vəzifə tutur.
QSC-nin mətbuat katibi Nadir Əzməmmədov report-a açıqlamasında H.Məlikovun bu qurumda işlədiyini təsdiqləyib. Lakin o, QSC-nin vəzifəli şəxsinə qarşı dələduzluq edilməsindən xəbərsiz olduğunu bildirib.

Milli.Az


Tags:  Azərbaycanda yüksək vəzifəli məmura qarşı 90 min manatlıq dələduzluq

RƏYLƏR


Top news