Yasamalda minaatan mərmi tapıldı - FOTO

Yasamalda minaatan mərmi tapıldı - FOTO
16:57 3 Noyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Bakıda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat açıqlanıb.

Milli.Az bildirir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, Yasamal rayonu, Şərifzadə küçəsində qazıntı işləri aparılan əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri ilə birgə baxış keçirilib, 1 ədəd 82 mm-lik minaatan mərmi aşkar edilərək, zərərsizləşdirilməsi üçün FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 03 noyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 947 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd "siqnal minası" və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR