DÜNYANIN ƏN GÜCLÜ QADINI təqaüdə hazırlaşır - FOTO

DÜNYANIN ƏN GÜCLÜ QADINI təqaüdə hazırlaşır - FOTO
17:03 3 Noyabr 2016
78 İdman
Ölkə mətbuatı
A- A+

Qarışıq döyüş növlərində dünyanın ən güclü qadın idmançılarından sayılan Ronda Rouz karyerasını başa vuracağına işarə edib.

Publika.az xəbər verir ki, dekabrın 30-da Las-Veqasda Amanda Nunyeslə rinqə çıxacaq Rouz pərəstişkarlarını üzən açıqlama verib: “Son döyüşlərimdən biri olacaq. Hər kəs diqqətlə izləsin. Şou sonsuza qədər davam edə bilməz. Hər şeyin bir sonu olur”.

Cüdo üzrə Olimpiya medalı olan, son dövrlərdə isə Hollivud filmlərində tez-tez görünən 29 yaşlı Ronda bir döyüşə hazırlaşmaq üçün uzun müddət lazım olduğunu bildirib. Bundan bezdiyini deyən qadın idmançı sözlərini belə yekunlaşdırıb: “Bu dəqiqə rinqə çıxıb döyüşsəm heç bir problem yoxdur. Ancaq bu döyüşün proqramı bir neçə həftə əvvəldən hazırlanır və gözləmək adamı çox yorur”.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR