Etnik qarşıdurma, yoxsa bədbəxt hadisə: Marneulidə nə baş verir?

Etnik qarşıdurma, yoxsa bədbəxt hadisə: Marneulidə nə baş verir?
17:08 3 Noyabr 2016
142 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində qarşıdurma baş verib.

Publika.az
xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı bir sıra məlumatlar yayılıb.

Məlumatlara görə, ötən gün Marneulidə svan əsilli gürcülərlə azərbaycanlılar arasında qarşıdurma yaşanıb. Belə ki, dünən baş verən qarşıdurmada bir svan əsilli gürcü oğlan öldürülüb. Buna cavab olaraq, svanlar bu gün bazara hücum çəkib. Yaşanan davada bir qadın öldürülüb.

Marneulidən olan ictimai fəal Samirə Bayramova da baş verənlər haqqında sosial şəbəkədə məlumat yaymışdı.

Lakin daha sonra o, məlumatı silib və bunu belə izah edib: “Çoxları başa düşməmədi. İddia edirlər ki, mən qəsdən təxribat yaradıram və buna görə cinayət məsuliyyətinə cəlb oluna bilərəm”.

Bundan sonra qeyd edib ki, qadının ölümünə səbəb olan şəxs svan olmayıb.

Hazırda baş verən hadisə ilə bağlı ziddiyyətli məlumatlar yayılır.

Marneulidən olan deputatlığa keçmiş namizəd Əhməd İmanquliyev Publika.az-a açıqlamasında bir qadının öldüyünü təsdiq edib. Lakin o, baş verənlərdə etnik qarşıdurma amilinin olmasını təsdiqləməyib və bunun ümumiyyətlə baş verməsini mümkünsüz adlandırıb.

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev də baş verənlərin etnik qarşıdurma olmasını təkzib edib.

Publika.az-a açıqlamasında Dərziyev bildirib ki, hadisə yoldan keçən avtomobilin bazarda yol kənarında meyvə-tərəvəz satan qadın satıcının piştaxtasına toxunması nəticəsində baş verib.

“Mübahisə yaranıb. Məlumatlara görə, avtomobilin sürücüsü qadını itələyib. Qadın da yıxılanda başının yerə dəyməsi nəticəsində keçinib. Bu, sırf məişət zəminində baş vermiş hadisədir. Nə Marneulidə, nə də azərbaycanlıların yaşadığı digər ərazilərdə heç bir siyasi, etnik qarşıdurma yoxdur”, - deyə o bildirib.

Gürcüstanın Daxili İşlər Nazirliyi isə bu gün günorta saatlarında yaydığı məlumatda qadının öldürülməsi faktını təsdiqləməyib.

Rəsmi məlumata görə, qadının ürəyi xəstə olub. Digər şəxslərlə mübahisə zamanı, ürəktutmasından vəfat edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR