Polkovnik məşuqəsi ilə gecələdi, həyat yoldaşı isə...

Polkovnik məşuqəsi ilə gecələdi, həyat yoldaşı isə...
17:08 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Aqata Kristi detektiv janrının kraliçası kimi tarixə keçib. Sirli və əsrarəngiz hadisələri kitablarında təsvir edən yazıçının həyatı da əsərlərinə bənzəyirdi. Onun həyatının ən müəmmalı hadisəsi isə itməsi ilə bağlıdır. Bir gün yazıçının avtomobili yolun kənarında tapılır, özü isə itkin düşür. Axtarışlar 11 gün sürür. Bütün bu zaman ərzində polis Kristinin həyatı ilə bağlı ağlasığmaz fərziyyələr yürüdür. Bütün bunların fonunda isə Aqata Kristinin son detektiv əsərinin satışı inanılmaz dərəcədə yüksəlir...

Publika.az Aqata Kristi ilə bağlı yazını təqdim edir:

Beləliklə bu xəbər bütün İngiltərəni bürüyür. Polislər onu axtarmaq üçün dəridən-qabıqdan çıxırlar. Hər dəfə isə yeni məlumatlar ortaya çıxaraq hamını çaş-baş salırdı.

Hadisə isə belə baş vermişdi: 1926-ci il dekabrın 4-də Nyülendz Korner şəhər polis şöbəsinə bir çobanın yolun ortasında kimsəsiz avtomobil tapmasına dair məlumat daxil olur. Avtomobildə qalan əşyalardan sahibin yalnız qadın olduğu bilinirdi. Tezliklə həmin qadının Aqata Kristi olduğu aydınlaşır.

Baş verənləri ilk olaraq yazıçının həyat yoldaşı polkovnik Arçibalda xəbər verirlər. O, bu xəbərdən çox narazı olur. Birinci ona görə ki, həmin gecəni məşuqəsi ilə keçirən polkovnik bu haqda bilinməsini istəmirdi. İkinci səbəb isə məktubla bağlı idi. Belə ki, polisin zəngindən sonra evə gedən Arçibald burada ona ünvanlanmış bir məktub tapır. Məktubda Aqatanın başına gələn bütün bədbəxt hadisələrin yeganə günahkarı onun əri olduğu yazılıbmış. Qadın əmin idi ki, məktub hüquq-mühafizə orqanlarının əməkdaşlarının əlinə düşəcək. Lakin hadisələr tamam başqa yöndə inkişaf edir.

Böyük qalmaqaldan yaxa qurtarmaq üçün Arçibald bütün gücünü və vaxtını axtarışlara sərf edir. Polis yazıçının qaçmasının motivlərini anlaya bilmirdi. Jurnalistlərin isə onsuz da çətin vəziyyətə təzyiq etmələri ortalığı bir-birinə qatdı. İntihar, cinayətkarlar tərəfində amansızcasına qətl və s. kimi ölüm xəbərləri ortalıqda gəzirdi. Bəziləri onun ölümündə ərini günahlandırırdı. Çünki əri təzyiqlərə dözməyib Aqatanı aldatdığını etiraf etmişdi. Onun xəyanətindən bütün İngiltərə danışırdı. Hər şey bir tərəfə bu xəbərlər yazıçının kitablarının inanılmaz tirajla satılmasına gətirib çıxarmışdı.

İstintaqda yazıçı Konan Doyl da iştirak edirdi. Şerloks Holmsun “atası” belə axtarışları necə aparmaq lazım olduğunu yaxşı bilirdi və ona görə də ekstrasensə müraciət edir. Aqata Kristinin əlcəyini ekstrasensə təqdim edərək istədiyi cavabı alır. Belə ki, baxıcı yazıçının sağ olduğunu və tezliklə tapılacağı barədə müjdə verir. Elə də olur. Bir neçə gün sonra polis bölməsinə Aqata Kristiyə bənzər bir qadının otellərin birində qalması ilə bağlı məlumat verilir.

Otelə polislə birgə Arçibald da gəlir. Əlbəttə ki o, həyat yoldaşını tanıyır. Aqata isə öz növbəsində müvəqqəti amneziya keçirdiyinə görə ərini görən kimi dərhal yaddaşının qayıtdığına hər kəsi inandırmaq istəyir.

Aqata Kristi Arçibald ilə təklikdə danışığı zamanı boşanmağın labüd olduğunu düşündüyü üçün qaçdığını etiraf edir. Bütün bunlar ərinin həyatını qaraltmaq üçün idi və onun planı da baş tutmuşdu. “İtməklə” yazıçı öz kitablarının yaxşı reklamını da edir. Lakin Arçibalda bunu reklam məqsədi ilə olmadığına inandırmağa çalışır. Onlar danışıqdan sonra söz-söhbətin yatması üçün hələ boşanmamaq qərarına gəlirlər. Bir ildən sonra isə yollarını bir dəfəlik ayırırlar.

Mələk Heydərova


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/174634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR