2 yaşlı uşaq qaynar su qazanına düşüb - Ucarda

2 yaşlı uşaq qaynar su qazanına düşüb - Ucarda
17:09 3 Noyabr 2016
99 Digər
Ölkə mətbuatı
A- A+

Ucarda azyaşlı qaynar su qazanına düşərək yanıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Məlikballı kəndində baş verib. Nəzarətsiz qalan 2014-cü il təvəllüdlü Turan Xəzər oğlu Vəlizadə qazana düşüb. Ağır yanıq xəsarəti alan azyaşlı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.

 

Vəziyyəti ağır olduğundan müalicə məqsədi ilə paytaxta göndərilib. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258491

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR