Qəzalı məktəblərin siyahısı Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib

Qəzalı məktəblərin siyahısı Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib
17:22 3 Noyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda Bakıda qəzalı vəziyyətdə olan bir neçə orta məktəb binası var.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Ən cətin vəziyyətin 171 saylı məktəbdə olduğunu bildirən idarə müdirinin sözlərinə görə, iki korpuslu məktəbin qəzalı halda olan bir korpusunun şagirdləri digərinə köçürülüb: "Orada dərslər iki növbəli sistemdə aparılır. Bu hal, təbii ki, müəyyən sıxlıq yaradaraq şagirdlərin təhsilinin keyfiyyətinə mənfi təsir göstərir".

M.Vəliyeva qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi qəzalı məktəblərlə bağlı müvafiq təşkilatlar qarşısında məsələ qaldırır: "Qəzalı vəziyyətdə olan məktəblərin siyahısı həm Təhsil Nazirliyinə, həm də Bakı şəhəri İcra Hakimiyyətinə təqdim olunub. Çünki paytaxtdakı məktəblərdə əsaslı təmir işlərini əsasən Bakı şəhəri İcra Hakimiyyəti aparır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR