ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdədir

ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdədir
17:27 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun tərtib etdiyi Suveren Fondlarının Şəffaflıq və Hesabatlılığı qiymətləndirmə cədvəlində 92 xalla 60 suveren fond arasında 4-cü yerdə qərarlaşmışdır.

Fonddan Milli.Az-a verilən məlumata görə, aparılan qiymətləndirmə nəticəsində cədvəldə ilk beşlikdə Norveç Pensiya Fondu (1-ci yer), Yeni Zelandiya Pensiya Fondu (2-ci yer), Amerika Birləşmiş Ştatlarının Vayominq Mineral Trast Fondu (3-cü yer), Azərbaycan Respublikası Dövlət Neft Fondu (4-cü yer) və Kanadanın Alberta Mirası Trast Fondu (5-ci yer) yer almışdır.

Ətraflı məlumatla aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://piie.com/system/files/documents/pb16-18.pdf

Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu 1981-ci ildə təsis edilmişdir və özəl və qeyri-kommersiya təşkilatı olub beynəlxalq iqtisadiyyatın araşdırılması sahəsində ixtisaslaşmışdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/486006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR