XİN: "Ermənistanın mülki şəxsləri girovluqda saxlaması..."

XİN: "Ermənistanın mülki şəxsləri girovluqda saxlaması..."
17:27 3 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində ata-analarının qəbrini ziyarət edərkən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi daim dövlətimizin başçısının, Xarici İşlər Nazirliyinin və digər aidiyyəti qurumların diqqətindədir.

Milli.Az bildirir ki, bunu Trend-in D.Əsgərov və Ş.Quliyevin son durumu barədə sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib: "Ermənistan silahlı qüvvələri tərəfindən soydaşlarımızın girovluqda saxlanması ilə əlaqədar onların ailə üzvlərinin və yaxınlarının narahatçılığını bölüşür və şərik çıxırıq. ATƏT-in Minsk qrupunun həmsədrləri və digər tərəf müqabilləri ilə bu məsələ daimi əsasda müzakirə edilir. Dilqəm Əsgərov və Şahbaz Quliyevin son durumu barədə müxtəlif mənbələrdən bizə daxil olan məlumata əsasən onlar sağ-salamatdırlar".

XİN rəsmisi əlavə edib ki, Ermənistanın mülki şəxsləri girovluqda saxlamaqda davam etdirməsi və bu kimi qeyri-insani davranışı rəsmi Yerevanın müvafiq konvensiyalarla üzərinə götürdüyü beynəlxalq humanitar hüquqi öhdəliklərinin kobud şəkildə pozulmasının növbəti nümunəsidir:

"Münaqişənin həllinə töhfə vermək əvəzinə, Ermənistanın bu kimi təxribatçı addımları danışıqlar prosesinə mənfi göstərir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/486030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR