Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Pakistan hərbi əməkdaşlıq planı imzaladı

Azərbaycan və Pakistan hərbi əməkdaşlıq planı imzaladı

Date: 3 November 2016 17:37

Azərbaycanla Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Milli.Az bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin nümayəndə heyəti Azərbaycan-Pakistan İşçi Qrupunun 7-ci görüşündə iştirak etmək məqsədilə Pakistan İslam Respublikasına səfər edib.

Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib.

Tədbirin yekununda Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikasının Birləşmiş Qərargahı arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Qeyd edək ki, yüksək rütbəli heyətlərinin iştirakı ilə İşçi Qrupunun görüşü hər il növbəli qaydada Azərbaycanda və Pakistanda keçirilir.

Milli.Az


Tags:  Azərbaycan Pakistan hərbi əməkdaşlıq planı imzaladı


RƏYLƏR


Top news