Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"6 yaşımdan maşın sürürəm" - Zülfiyyə

"6 yaşımdan maşın sürürəm" - Zülfiyyə

Date: 3 November 2016 18:05

6 yaşımdan maşın sürürəm. Boyum sükanın arxasından yolu görməyə güclə çatırdı.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aşıq Zülfiyyə deyib. 

İfaçı "Evdəkilərə salam" verilişində həyat yoldaşının ona qadağa qoymadığını bildirib:

"Uşaqlıqda maşın sürmək üçün nə desələr edirdim. O qədər həvəsim varıydı ki... Uşaqlıqdan deyirdim ki, bir arzum var, maşınım olsun. Arzum ailə qurandan sonra gerçəkləşdi. İndi evdə hərənin bir maşını var. Həyat yoldaşım buna pis baxmır. Hərdən o işdə, oğlum Babək başqa yerdə olur. Məni çağırırlar, harasa gedirəm. Yoldaşım bilir ki, mənə maşın mütləqdir. Ümumiyyətlə, o, mənə qadağa qoymur, əksinə dəstək olur".

Milli.Az


Tags:  yaşımdan maşın sürürəm Zülfiyyə

RƏYLƏR


Top news