Nizami Kino Mərkəzində "Çəkic" filmi

Nizami Kino Mərkəzində "Çəkic" filmi
18:12 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzi noyabrın 03-dən ABŞ-ın "Qatardakı qız", "Hesablaşma" və Rusiyanın "Çəkic"filmlərinin nümayişinə başlayıb.

Triler, dram və detektiv janrında çəkilmiş "Qatardakı qız " filminin rejissoru Teyt Teylordu. Sloqanı: "Başqalarının sirrləri təhlükəli ola bilər" Yaş həddi:18+

Qatar hər gün Reyçeli içində ilk baxışda ideal görünən cütlüyün yaşadığı gözəl kotecin qarşısından keçirir. Amma bir gün idiliya dağılır - kotecdə yaşayan gözəl qadın iz buraxmadan yoxa çıxır. Reyçel isə qatar pəncərəsindən gördükləri üzündən çox qarışıq bir hadisənin içinə düşür.

Rollarda Emili Blant, Xeyli Bennett, Rebeka Ferqyuston, Castin Teru, Lyuk Evans, Edqar Ramires, Lora Pripon, Ellison Cenni, Darren Qoldşteyn, Liza Kudrou və digər aktyorlar çəkiliblər.

"Hesablaşma" filmini Bill Dyubukanın ssenarisi əsasında rejissor Qevin O Konnor triler, döyüş və kriminal dram janrında çəkib. Sloqanı: "Şanslarını hesabla" Yaş həddi: 16+

Film ən təhlükəli cinayətkar təşkilatda əlavə qazanc üçün auditor işləyən hasablama dahisi Kristiyan Vulfun həyat tarixçəsindən bəhs edir...

Baş rollarda Ben Afflek, Arinna Kendrik, C. K.Simmons, Con Berntal, Ceffri Tembor, Sintiya Adday-Robinson, Con Litqou, Cin Smart, Endi Umberqer və Elison Rayt çəkiliblər.

Oleq Maloviçkonun ssenarisi əsasında rejissor Nurbek Eqenin çəkdiyi "Çəkic" filmi idman və dram janrındadır. Yaş həddi :12+

Çempionluq titulunun bir addımlığında olan "çəkic"i dəhşətli qəza kənarda qoyur. İnnən belə hər döyüş onun üçün sonuncu ola bilər. Amma sevgisinin təhlükə altına düşdüyünü görən döyüşçü təkcə dağıdıcı zərbəsinə görə "çəkic "təxəllüsünü almadığını bir daha sübut edəcək...

Baş rollarda Aleksey Çadov, Anton Şaqin, Oksana Akinşina, Sergey Çirkov, İqor Sklyar, Yevgeniy Evdokimov, Oleq Pospolitak, Aleksandr Simkin, Nikita Panfilov çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin Facebook səhifəsindən öyrənmək mümkündür.(https://www.facebook.com/NizamiCinema?rf=hl)


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/485991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR