Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Son 24 saat: “İkinci Qroznı” əməliyyatı başlayır

Son 24 saat: “İkinci Qroznı” əməliyyatı başlayır

Date: 3 November 2016 18:18

Rusiya Hələb üçün “İkinci Qroznı Planı” hazırlayır.

Publika.az
xəbər verir ki, bu barədə türkiyəli yazar Mehmet Acet deyib.

Onun sözlərinə görə, 1999-2000-ci illərdə Qroznını alandan sonra şəhərdə daş üstündə daş qoymayan ruslar eyni şeyi indi Hələbdə etmək istəyirlər.

“5 ildir böyük dağıntılara məruz qalan Hələb əvvəlkilərdən daha böyük hücum dalğası ilə üz-üzədir. Əgər ruslar planlarında son anda dəyişiklik etməsələr, şəhər alt-üst ediləcək. Rusiya Baş qərargah rəisi Valeri Gerasimov Hələbdəki müxaliflərə silahı buraxıb şəhəri tərk etmələri üçün 10 saat vaxt verdi. ABŞ-da noyabrın 8-də prezident seçkiləridir. Yeni prezident gələn ilin yanvarında vəzifəsinin icrasına başlayacaq. Həmin müddətə qədər postunda qalan əvvəlki prezident, yəni Obama amerikalıların dediyi kimi, “Topal ördək” (Lame Dock) rolunu yerinə yetirəcək. Yəni prezident postunda otursa da, əl-qolu bağlı olur. Rusiya ABŞ-da yaranmış vəziyyətdən istifadə edərək, planlarını həyata keçirmək istəyir. 2008-ci ildə Obama prezident seçiləndən sonra səlahiyyətlərinin icrasına yenidən başlayacağı müddətə qədər İsrail də Qəzzaya hücum etmişdi. İndi də Rusiya eyni vəziyyəti dəyərləndirir”, - deyə o bildirib.
Yazar qeyd edir ki, Rusiyanın planından Ankaranın da xəbəri var: “Ötən həftə Ərdoğanın önəmli müşavirlərindən biri bu haqda mənə danışmışdı. Həmin adam Rusiyanın planının qarşısını almaq üçün Ankaranın ciddi səy göstərdiyini də bildirdi”.

Qeyd edək ki, Rusiya noyabrın 4-də yerli vaxtla saat 09:00-dan 19:00-a qədər müddətdə müxalifətin Hələbi tərk etməsini tələb edir. Əks təqdirdə şəhər bombalanacaq.

Asif


Tags:  Son 24 saat İkinci Qroznı əməliyyatı başlayır

RƏYLƏR


Top news