Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Erməni nazir əhalidən xahiş etdi: "Bir ay da dözün"

Erməni nazir əhalidən xahiş etdi: "Bir ay da dözün"

Date: 3 November 2016 18:22

Gələn il Ermənistanda əməkhaqqı və təqaüdlər artırılmayacaq.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vardan Aramyan jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda hökumət üçün iqtisadi artımı təmin etmək vacibdir: "Bu isə gələcəkdə təqaüd və əməkhaqqlarının artmasına gətirib çıxaracaq. Ümumiyyətlə, ümid yaxşı şeydir. Çünki ümidini itirən insanlar effektiv olmur, gələcəkdə irəliyə doğru hərəkət etmək imkanları azalır. Ancaq hərəkətsiz ümid də problemlidir. Ona görə biz tədbirlər görürük və inanıram ki, cəmiyyətdə ümid oyanacaq".

Ermənistanda təqaüdlərin aşağı olduğunu deyən nazir: "Bilirsiniz, mən cəmiyyəti yalnız ümidlərlə qidalandırmaq istəməzdim. Ona görə sizdən xahiş edirəm, bircə ay dözün, yaşayarıq, görərik".

Milli.Az


Tags:  Erməni nazir əhalidən xahiş etdi ay dözün

RƏYLƏR


Top news