Rəmzi komandada iki türk - FOTO

Rəmzi komandada iki türk -   FOTO
18:27 3 Noyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun simvolik komandasını müəyyənləşdirib.


Fanat.Az xəbər verir ki, heyət dünən və srağagün keçirilən matçlara əsasən formalaşdırılıb. Qitə futbol qurumu təxmini “11-lik” seçərkən 5-2-3 taktiki sxemindən yararlanıb. 


Maraqlıdı ki, heyətdə yalnız “Sevilya” 2 futbolçu ilə təmsil olunub. Yarımmüdafiə xətti isə Almaniya millisinin Türkiyə əsilli oyunçularından təşkil edilib.


Qapıçı: Ederson (“Benfika”).

Müdafiəçilər: Conatan Kafu (“Ludoqorets”), Tomas Menye (PSJ), Mariano Ferreyra, Serxio Eskudero (hər ikisi “Sevilya”), Aleks Telleş (“Porto”).

Yarımmüdafiəçilər: İlkay Gündoğan (“Mançester Siti”), Məsut Özil (“Arsenal”).

Hücumçular: Radamel Falkao (“Monako”), Antuan Qrizman (“Atletiko”), Robert Levandovski (“Bavariya”).



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rmzi-komandada-iki-turk-t53876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR