Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtmiş sənədlər daha asan tapılacaq - YENİLİK

İtmiş sənədlər daha asan tapılacaq - YENİLİK

Date: 3 November 2016 19:47

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC yeni sosial layihəyə başlayır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni layihə itirilmiş sənədlərin tapılması ilə bağlıdır. Belə ki, vətəndaşlar tapdıqları hər hansı sənədi istənilən poçt şöbəsinə təqdim edə biləcək. Sənədini axtaran şəxslər isə ən yaxındakı poçtdan bu barədə məlumat və tapıldığı təqdirdə sənədi ala biləcəklər.

Hazırda layihənin reallaşdırılması üçün zəruri işlər aparılır. Yeni xidmət barədə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Milli.Az


Tags:  İtmiş sənədlər asan tapılacaq YENİLİK


RƏYLƏR


Top news