iOS sistemində boşluq tapmaq istəyərkən təcili yardım sistemini sıradan çıxardı

iOS sistemində boşluq tapmaq istəyərkən təcili yardım sistemini sıradan çıxardı
19:57 3 Noyabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da gənc haker yeni öyrəndiyi metodu canlı yayımla tətbiq edərkən təcili yardım maşınlarının iş rejmini alt-üst edib.

Milli.Az technote.az-a istinadən bildirir ki, son dövrlər bir çox hakerlər özlərinin bacarıqlarını sərgiləmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bunlardan bir çoxu gizli olaraq qalsa da, bəzən bu işə yeni qol qoyanlar tez bir zamanda özlərini ələ verirlər. Meetkumar Hitesbhai Desai adlı yeniyetmə də bunlardan biridir.

ABŞ-da yaşayan Meetkumar Hitesbhai Desai adlı 18 yaşlı yeniyetmə öz izləyicilərinə canlı yayımda iOS əsaslı javascript hücumunun necə həyata keçirilməsi haqda paylaşım edib. Daha sonra Desai bilmədən insanları səhv yönləndirib və təcili yardım xidməti olan 911-in çökməsinə səbəb olub.

İlk əvvəl kiber hücum nəticəsində qarşı tərəfdə narahatlıq yaradan çoxlu sayda pop-up pəncərələri açacağını təxmin edən haker sonradan gözlənməyən problemlə üz-üzə qalıb. Haker təşkil etdiyi hücumla 911 xidmətinə avtomatik telefon zənglərinin gəlməsinə səbəb olub. Təcili yardım maşınlarını tələb olunan ərazilərə göndərən 911 xidmətinin işçiləri durmadan 1894 çağırış aldıqdan sonra şikayət ediblər.

Polislər gənc hakeri tutublar və Desai öz ifadəsində "Apple" sistemindəki bir boşluğu test etdiyini və sonra bu haqda "Apple"a hesabat verəcəyini bildirib.

911-in məşğul olduğu saatlarda hər hansı müraciət edən xəstənin ölüm aktı sübut olunarsa, gənc hacker cinayət işi ilə məhkum olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR