Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İş adı ilə çağırdıqları qadını fahişəliyə vadar etdilər

İş adı ilə çağırdıqları qadını fahişəliyə vadar etdilər

Date: 3 November 2016 20:05

Türkiyəyə xaricdən iş vədi ilə aldadıb İstanbula gətirdikləri qadınları fahişəliyə vadar edən cinayətkar qrup ələ keçib.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, Şişlidə bir şəbəkənin xaricdən iş vədi ilə aldadıb gətirdikləri qadınlara fahişəlik etdirdiyi xəbərindən sonra polislər əməliyyata başlayıblar.

Müştəri adı ilə polislər əlaqə saxladıqları şəbəkə üzvündən görüşmək üçün hara gəlmək lazım olduğunu öyrəniblər. Deyilən ünvana gələn polislər evdə 4 əcnəbi qadın müəyyən ediblər. Şişlidə belə başqa bir evdə isə 2 əcnəbi qadın fahişəlik edərkən ələ keçirilib. 

Polisin istintaq əməliyyatı sonrası məlum olub ki, 6 qadından 5-i Türkmənistan vətəndaşı, biri isə özbəkdir.

Dindirilmə zamanı məlum olub ki, bu qadınlar öz ölkələrindən müxtəlif iş vədləri ilə Türkiyəyə dəvət edilsələr də, sonradan onları "bu işdə yaxşı pul var" adı ilə şirinikləndirib "fahişə şəbəkəsi" qurublarmış.

Onları bu əmələ sövq edən cinayətkar dəstə polislər tərəfindən saxlanılaraq barələrində cinayət işi açılıb.

Təhməz Təkin
Milli.Az


Tags:  adı çağırdıqları qadını fahişəliyə vadar etdilər

RƏYLƏR


Top news