İcra başçısının oğlu gümüş medal qazandı - İtaliyada

İcra başçısının oğlu gümüş medal qazandı -  İtaliyada
20:07 3 Noyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı idmançısı Şəhriyar Hüseynzadə İtaliyanın Karara şəhərində keçirilən "Kungfu-Sanda" üzrə dünya çempionatında 90 kiloqram çəki dərəcəsində ikinci yeri tutub. 


Fanat.Az xəbər verir ki, Şəhriyar Hüseynzadə finalda Fransalı idmançıya uduzaraq gümüş medala layiq görülüb. Şəhriyar Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğludur. O, Neftçala  Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin axtariş üzrə əməliyyat müvəkkili, polis leytenantıdır.  İdmançı yarışla bağlı fikirlərini bildirib:


- Sizi təbrik edirik. Nə vaxtdan idmanla məşğul olursunuz? 


-11 yaşımdan 18 yaşıma qədər sambo ilə məşğul olmuşam. İki dəfə Bakı çempionu, 3 dəfə isə respublika çempionu olmuşam. Avropada gənclər arasında keçirilən yarışlarda bürünc mükafata layiq görülmüşəm. Daha sonra təhsilimlə əlaqədar idman fəaliyyətimə bir müddət fasilə verdim. 4 il olar ki, yenidən idman sahəsinə- “Kungfu-Sanda” , “Uşu- Sanda”ya qayıtmışam. Elşad müəllimlə birlikdə yarışlara hazırlaşıram. “Kungfu” idman növü ürzə respublika birincisi olmuşam. Qrupda 18 rəqibim vardı. Üç rəqibə qalib gəldim. Sonuncu rəqibim olan fransız idmançının çəkisi məndən artıq idi. Onun 147 kiloqram çəkisi, 1.92 boyu vardı. Birinci raundda xal üstünlüyü məndə idi. İkinci raundda çiynimdən zədə aldım. Nəticədə həkim y döyüşü davam etdirməyimə icazə vermədi.


-Atanızın reaksiyası necə oldu?


- Atam bütövlükdə dövlətçiliyə xidmət edən adamdır. Azərbaycan bayrağını yüksəltdiyimə görə, atam çox sevindi. Zəng edib, bu xəbəri onunla bölüşəndə, kövrəldi. Atam mənimlə qürur duyur.


-Yarış sizdə hansı təəsürratları oyatdı? 


-Təsəvvür edin ki, böyük arenada baş tutan yarışlarda 100-ə yaxın ölkədən minlərlə idmançı iştırak edir. Bütün idmançılar Azərbaycanı tanıyırdılar. Bakıda keçirilən Yay Olimpiya oyunlarının sayəsində onlar Azərbaycanı daha yaxından tanıyıblar. İdmançılar Avropa oyunlarının möhtəşəm təşkilindən, Bakının gözəlliyindən danışırdılar. Bütün bunlar ölkə başçısının idmana göstərdiyi diqqət və qayğının təzahürüdür.


-İş yoldaşlarınız sizi təbrik etdimi?


-Onlar da qələbəmi böyük sevinclə qarşıladılar. Rəisim də məni təbrik etdi. Yəqin ki, cənab nazirin qəbulunda olacağıq. Bir daha bizə dəstək olan bütün xalqımıza təşəkkür edirəm. (AzVision.az)



Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cra-bacsnn-olu-gumu-medal-qazand-t53879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR