Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 Noyabr
20:14 3 Noyabr 2016
94 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

İŞİD artıq sonunun gəldiyini duyur. Bu terror təşkilatını zaman-zaman bəzi böyük dövlətlərin yaratdığı iddia olundu. Hətta super güclər İŞİD-in təşkilində bir-birini ittiham etdilər. Amma vaxt keçdikcə məlum oldu ki, İŞİD hətta kim və ya kimlərin tərəfindən yaradılsa da, sonradan onun üçün cızılmış dairədən çıxdı. Yəni terror təşkilatı və təbii ki, onun başında duran şəxs artıq bir qüvvə olduğunu anladı və idarə olunmaz hala gəldi.

 

İŞİD bu gücü Suriya, İraq və hətta Şimali Afrika ölkələrində neftlə zəngin bölgələri ələ keçirməklə, işğal etdiyi ərazilərdə həyata keçirdiyi soyğunlarla, insan alverindən əldə edilən milyardlarla yığdı. Və sonda sözün əsl mənasında baş bəlasına çevrildi.

 

İndi İŞİD daha təhlükəlidir. Elə Bağdadinin hədələri də bunu deməyə əsas verir. Onun birinci növbədə Türkiyənin adını çəkməsi də əbəs deyil. Adı çəkilən ölkədə terror təşkilatının kifayət qədər təhlükəli üzvü var. Onların törətdiyi terror aktları da yəqin yaddan çıxmayıb. Bir sözlə, Türkiyənin hüquq mühafizə orqanları, türk xalqı ehtiyatlı olmalıdır. Əks halda, arzulamadığımız daha böyük faciələrin şahidi ola bilərik... 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR