"Barselona" futbolçusunun transfer qiymətini açıqladı

"Barselona" futbolçusunun transfer qiymətini açıqladı
20:17 3 Noyabr 2016
99 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" klubu qış "transfer pəncərəsi"ndə bir futbolçu ilə yolları ayırmağa qərar verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, söhbət Aleyş Vidaldan gedir.

27 yaşlı müdafiəçi ilə baş məşqçi Luis Enrikenin münasibətlərinin yaxşı olmadığı bildirilir. "Barselona"da əsas heyətə düşə bilməyən Vidal da komandasını dəyişməkdə maraqlıdı.
 
Kataloniyalılar ispan futbolçu ilə vidalaşmağa hazırdılar. Artıq Aleyşin transfer qiyməti də açıqlanıb. Vidalı istəyən klub 15 milyon avrosundan keçməli olacaq.
 
Qeyd edək ki, Aleyş Vidal "Barselona"ya 2015-ci ildə "Sevilya"dan transfer edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR