Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ledi Qaqadan yeni rekord

Ledi Qaqadan yeni rekord

Date: 3 November 2016 20:46

Müğənni Ledi Qaqa yeni rekorda imza atıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, oktyabrın 27-də satışa çıxardığı albomunun bu həftə “Billboard 200”də birinci sırada dayanması böyük təəccüb doğurub.

Bu, artıq Qaqanın dördüncü albomudur ki, ABŞ reytinqlərində ilk sırada qərarlaşıb. Hisslərini bölüşən ifaçı pərəstişkarlarına təşəkkür edib:
“Mən inana bilmirəm ki, bu siyahıda ilk yeri qazandım”.

Xatırladaq ki, bu statistika albomların satışına əsasən hazırlanır. Bununla yanaşı, şirkət internet üzərindən mahnının yüklənməsini də nəzərə alır.


 


Tags:  Ledi Qaqadan yeni rekord

RƏYLƏR


Top news