Əli Həsənov: “Teleradio əhalinin 85%-nin informasiya ehtiyacını ödəyə bilir”

Əli Həsənov: “Teleradio əhalinin 85%-nin informasiya ehtiyacını ödəyə bilir”
20:54 3 Noyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanda dövlət teleradio şirkətinin binası yaxınlığında partlayış törədilib (17 May 2017 11:57)
Teleradio İB: "Əhalinin rəqəmli televiziya yayımı ilə bağlı şikayətləri azalıb" (10 Fevral 2017 14:42)

Bu gün Heydər Əliyev Sarayında Azərbaycan televiziyasının 60 və radiosunun 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. APA-nın xəbərinə görə, mərasimdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri və başqa şəxslər iştirak edib.

 

Azərbaycan televiziyasının və radiosunun yaranma tarixi, keçdiyi yol haqda tədbir iştirakçılarına ətraflı məlumat verilib.

 

Tədbirdə çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, cəmiyyətin informasiya və mədəni tələbatının təmin edilməsi, geniş xalq kütlələrinin maarifləndirilməsi, mənəvi-əxlaqi dəyərlərin, estetik baxışların, humanist duyğuların və incə zövqün formalaşdırılması,  gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi  kimi mühüm məsələlərdə teleradionun rolu əvəzolunmazdır. Televiziya və radio həm də böyük səfərbəredici və təbliğat imkanı olan qüdrətli idarəetmə vasitəsidir: “Sovet hökumətinin 1925-1940-cı illərdə həyata keçirdiyi ideoloji, mənəvi və fiziki terror xalqımızın intellektual potensialına ağır zərbə vurdu və tarixi keçmişimizlə əlaqələri zəiflətdi. Belə bir şəraitdə yeni və daha təsirli vasitə kimi radio və televiziya  xalqımızın sonrakı mənəvi yüksəlişində mühüm rol oynamağa başladı. Keçmiş SSRİ-də ilk radio verilişi 1924-cü il noyabrın 23-də efirə buraxılıb. Azərbaycan radiosu isə 2 il sonra - 1926-cı il noyabrın 6-da yaradılıb. Mexaniki televiziya Sovet İttifaqında 1931-ci il oktyabrın 1-də yayıma başlasa da, Azərbaycan televiziyası bundan 25 il sonra - 1956-cı il fevralın 14-də ilk dəfə efirə çıxıb. Müqayisə üçün deyim ki, qardaş Türkiyədə radio 1927-ci il mayın 6-da, televiziya isə 1968-ci il yanvarın 31-də fəaliyyətə başlayıb. İranda  radio 1926-cı, televiziya isə 1959-cu ildə qurulub. Göründüyü kimi, biz azərbaycanlılar bu sahədə də müsəlman Şərqində birinci mövqedə dayanırıq”.

 

Prezidentin köməkçisi qeyd edib ki, hər bir xalqın teleradiosu onun görən gözü, eşidən qulağı olmaqla bərabər, həm də ictimai həyatının güzgüsü, bir növ vizit kartıdır: “Teleradio milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, xalqımızı, dövlətimizi dünyada tanıdır. Televiziya və radio milli ruhu, milli əxlaqı, ictimai davranış normalarını, milli-mənəvi dəyərləri formalaşdırır, təlqin edir, bu da öz növbəsində - azərbaycançılığın əsas əlamətlərindən birinin əmələ gəlməsinə təsir edir. Azərbaycanda teleradionun inkişafının sovet dövrü, xüsusilə də ötən əsrin 70-80-ci illəri çox əhəmiyyətlidir. Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü əhatə edən bu illər milli özünüdərkin oyanmasında yeni mərhələ olub. Heydər Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan dilinə dövlət dili statusu verilməsi, bu mühüm müddəanın 1978-ci il Konstitusiyamızda təsbit olunması, eyni zamanda teleradio məkanında Azərbaycan dilinin funksionallığının artırılmasına yönələn proqram siyasəti milli ideologiyanın formalaşması, gələcəyin müstəqil, yeni Azərbaycanının yaradılmasında mühüm amillərdən hesab edilməlidir.  Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə baş vermiş dəyişikliklər, ictimai və iqtisadi sahədə aparılmış köklü islahatlar və xalqın maddi rifahının keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi Azərbaycanın müstəqilliyinə aparan tarixi yolun ən parlaq səhifələrdir. Müstəqilliyin ilk illərində ölkədə yaranmış çətin və qarışıq ictimai-siyasi şərait teleradioya da təsirsiz ötüşməyib. Ölkədə hökm sürən hərc-mərclik, xaos və anarxiyanın təzahürləri həm də kütləvi informasiya vasitələrinə sirayət edir, Azərbaycan xalqı üçün olduqca taleyüklü bir dövrdə medianın öz tarixi missiyasını lazımınca yerinə yetirməsinə imkan vermirdi. Buna görə də 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev kütləvi informasiya vasitələrinin, o cümlədən teleradionun fəaliyyətinin yenidən təşkilinə mühüm əhəmiyyət verib.

 

Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, media sahəsində də Heydər Əliyevin siyasəti və ənənələri uğurla davam etdirilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan mediasına daim diqqət və qayğı ilə yanaşır. Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir. Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb. Müasir dövrdə informasiya-kommunikasiya sistemləri sürətlə inkişaf edir, internet getdikcə yazılı mətbuatın əhatə dairəsini və teleradio məkanını daraldır. Buna baxmayaraq, Azərbaycanda teleradionun auditoriyası hələ də böyükdür və bu sahə yeni texnologiyalardan bacarıqla yararlanaraq, ölkə əhalisinin 85 %-nin informasiya ehtiyacını ödəyə bilir”.

 

Ə. Həsənov qeyd edib ki, ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı və milli maraqların təəssübkeşi olan KİV-in formalaşması və inkişafı dövlətin media siyasətinin fəlsəfəsini təşkil edir: “Prezident İlham Əliyev son illərdə mediaya dövlət qayğısını sistemləşdirib və şəffaflaşdırıb. Bunun bariz nümunəsi kimi 2008-ci il iyulun 30-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsini və 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını göstərmək olar. İndiyə qədər KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Fonda 30 milyondan artıq vəsait ayrılıb. Eyni zamanda Azərbaycan Prezidentinin 2011 və 2013-cü illərdə respublikada milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında imzaladığı sərəncamlarla üst-üstə 11 milyon manat vəsaitin ayırması həm də televiziyaların inkişafına əlavə imkanlar yaradıb. Ölkəmiz 2 kosmik peykini orbitə buraxaraq kosmik dövlətlərin sırasına qoşulub, bununla da Azərbaycan teleradio yayımçılarının imkanları əhəmiyyətli dərəcədə genişlənib.

Əminəm ki, milli televiziyanın 60 və radionun 90 illik yubileyi ilə bağlı Azərbaycan teleradio işçiləri müxtəlif dövlət mükafatları və fəxri adlara layiq görüləcəklər. Bu sahəni təmsil edən bütün media işçilərini əlamətdar yubiley münasibətilə ürəkdən təbrik edirəm”.

 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Azərbaycan televiziyasının 60 və radiosunun 90 illik yubileyi çox mühüm, əlamətdar hadisədir: “Bu tarixə baxdıqca Azərbaycan teleradiosunun necə böyük inkişaf yolu keçdiyi aydın nəzərə çarpır. Sovet vaxtı milli-mənəvi dəyərlərimizin, tariximizin, mədəniyyətimizin qorunub saxlanmasında Azərbaycan televiziyası və radiosunun müstəsna rolu olub. Azərbaycan televiziyası və radiosunda böyük jurnalistlər, operatorlar, rejissorlar çalışıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra teleradio sahəsində də keyfiyyət və kəmiyyət baxımından bir nizamsızlıq hökm sürürdü. Azərbaycan efirində xarici ölkə yayımçılarının milli-mənəvi dəyərlərimizə uyğun olmayan verilişlər yayımlanırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda teleradio sahəsində dönüş yarandı. Ümumimilli lider daima Azərbaycan televiziyası və radiosuna diqqət göstərib. 2000-cı illərin əvvəllərində teleradio ilə bağlı qanunvericilik bazası təkmilləşdirildi, dövlət orqanı olan Milli Televiziya və Radio Şurası fəaliyyətə başladı. Milli Televiziya və Radio Şurası fəaliyyətə başladığı ilk gündən telekanalların lisenziyalaşdırılmasını həyata keçirdi. Telekanallarda Azərbaycan ədəbi dilinə diqqət göstərilməsini xüsusi məsələ kimi uğurla həyata keçirdi. Kəmiyyət baxımından Azərbaycan teleradio məkanı böyük sıçrayış əldə etdi. Bu gün Azərbaycanda xarici televiziya kanallarının yayımını həyata keçirən kabel şəbəkəsi yayımçıları, İP TV-lər fəaliyyət göstərir. Eyni zamanda, ölkədə “İdman Azərbaycan”, “CBC Sport” və “Mədəniyyət” kimi tematik telekanalların fəaliyyəti xüsusi yer tututr. Bu cür telekanallar əsasən böyük ölkələr üçün xarakterikdir. Bu Azərbaycan prezidenti İlham Əliyevin idman və mədəniyyətə qayğısının bariz nümunəsidir”.

 

 

 

 

 

  





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ETSN Ramana qəsəbəsində məişət tullantılarının çoxalması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə müraciət edib

29 İyun 2017 19:07

"Real" gənc ulduzunu bu kluba satır

29 İyun 2017 19:07

Bakının bu hissəsində qaz olmayacaq

29 İyun 2017 19:05

Ölümcül silahlar Rusiyaya tuşlanacaq: ABŞ-dan Moskvaya SON ZƏRBƏ

29 İyun 2017 19:03

Yasamal, Sabunçu və Binəqədi rayonlarının qaz təchizatında məhdudiyyət olacaq

29 İyun 2017 19:02

"Evinin "oboy"u cırıqdır" - Sevdanı lağa qoydu

29 İyun 2017 18:57

Miqrant avtobusun altında 250 km yol qət edərək Avropaya çatdı - VİDEO

29 İyun 2017 18:52

Üzeyir Mehdizadə PEŞMAN OLDU: “Gecikmişəm” - MÜSAHİBƏ

29 İyun 2017 18:48

"Mercedes"in geri çağırdığı avtomobillər Azərbaycana gətirilib? - AÇIQLAMA

29 İyun 2017 18:42

Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü keçirilib

29 İyun 2017 18:42

Braziliyalı futbolçu "Qalatasaray"da

29 İyun 2017 18:42

Evsiz qalan ahıl qadın üçün yeni ev tikilir - QUSARDA

29 İyun 2017 18:39

Çempionun vurulduğu yerdə piyada keçidi niyə yoxdur? - AÇIQLAMA

29 İyun 2017 18:38

Polis rəisi sakinin evini təmir etdirib

29 İyun 2017 18:37

"Mən Vətən yolunda şəhid olmağa gedirəm" - Talış yüksəkliyində həlak olan xüsusi təyinatlı - FOTO

29 İyun 2017 18:37

Beytulla Hüseynov MTN generallarının məhkəməsində deyilənləri TƏKZİB ETDİ

29 İyun 2017 18:34

Zibillərdən geyim kolleksiyası - VİDEO

29 İyun 2017 18:33

“Brexit” Avropa İttifaqının büdcəsində kəsr yaradıb

29 İyun 2017 18:32

Növbəti mərhələ: dövlət quruculuğunda yüksələn xətt

29 İyun 2017 18:32

Manatın sabaha olan məzənnəsi

29 İyun 2017 18:29

S.Bəhlulzadə adına Mədəniyyət Sarayında "Anamın məktubu" tamaşasının təqdimatı keçiriləcək

29 İyun 2017 18:27

Körpü çökdü: 2 nəfər öldü - VİDEO

29 İyun 2017 18:23

"Bəs harada öpüşək?"

29 İyun 2017 18:22

Bakı Zooparkına yeni heyvanlar gətiriləcək

29 İyun 2017 18:22

Bakıda qadın sürücü vətəndaşları təhqir etdi

29 İyun 2017 18:21

Kanada şirkəti Azərbaycandakı əməliyyatından 2,6 mln. Kanada dolları gəlir əldə edib

29 İyun 2017 18:17

Qorxmayın, hazır olun...

29 İyun 2017 18:14

"Apple" şirkətinin bazar dəyəri 183 ölkənin illik gəlirini geridə qoyub

29 İyun 2017 18:13

"AVO MUN" layihəsinə start veriləcək

29 İyun 2017 18:12

Mahmud Məmmədquliyev: "Regionda stabillik, sülh və təhlükəsizlik olmasa, heç bir iqtisadi inkişaf olmayacaq"

29 İyun 2017 18:12

89-cu teatr mövsümünün "Sima"sı təqdim olunacaq

29 İyun 2017 18:12

“Cəfər Cabbarlı” quru yük gəmisi əsaslı təmirdədir

29 İyun 2017 18:12

Bülənt Ərsoy qəzaya düşdü

29 İyun 2017 18:12

Feysbukda nələr halal, nələr haramdır? - Hacı Şahin açıqladı - VİDEO

29 İyun 2017 18:09

Siciliya mafiyası Almaniyanı ələ keçirir

29 İyun 2017 18:08

"Qalatasaray"dan 15 milyon avroluq transfer (RƏSMİ)

29 İyun 2017 18:07

"Mikroyosunlardan dərman hazırlanır"

29 İyun 2017 18:07

Valbuena "Fənərbağça" ilə müqavilə bağladı

29 İyun 2017 18:05

Ruslar Qarabağda... – Bakının qəzəbinə səbəb olacaq ADDIM

29 İyun 2017 18:03

BDU-nun dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə istintaqı yekunlaşıb

29 İyun 2017 18:02

İlham Zəkiyev: “Özünə qalib gələ bilməyən paralimpiyaçı heç bir qələbədən danışa bilməz”

29 İyun 2017 18:02

Bakıda idmançı qızı vurub öldürən sürücü tutuldu

29 İyun 2017 17:59

Dolların sabaha olan MƏZƏNNƏSİ

29 İyun 2017 17:58

Bu yerlərdən uzaq olun, yadplanetlilər ora tez-tez gəlir

29 İyun 2017 17:58

Alpinist qızı avtomobillə vuraraq öldürən şəxs tutulub

29 İyun 2017 17:57

“Qalatasaray” Bafetimbi Qomislə müqavilə bağlayıb

29 İyun 2017 17:57

Park Cinemada "Yaramaz Mən 3" Azərbaycan dublyajı ilə təqdim olundu - FOTO

29 İyun 2017 17:57

Avtomobillə idmançı qızı öldürən şəxs

29 İyun 2017 17:54

3 qəza həm mala, həm də cana ziyan vurdu - VİDEO - FOTO

29 İyun 2017 17:52

Manatın yeni MƏZƏNNƏSİ

29 İyun 2017 17:52