"Borussiya"nın futbolçusu Pyer-Emerik Obameyanq Çempionlar Liqasının qrup mərhələsində "Sportinq"lə görüşü tribunadan izləyib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Bild" qəzeti Dortmund klubunun baş məşqçisi Tomas Tuxelin qabonlu oyunçunu intizamsız davranışları səbəbindən oynatmadığını iddia edib.
T.Tuxel görüşdən sonra keçirilən mətbuat konfransında Obameyanqı niyə oynatmadığının səbəbini açıqlamaq istəməyib. O bildirib ki, gənc hücumçu növbəti matçlarda meydanda ola bilər.
Qeyd edək ki, "Borussiya" - "Sportinq" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Əlavə edək ki, T.Tuxelin komanda ilə keçirdiyi iclası zamanı Obameyanqın telefonla oynadığı və bu səbəbdən cəzalandırdığı iddia olunur.
Milli.Az