Şumaxerin səhhətindən YENİ XƏBƏR

Şumaxerin səhhətindən YENİ XƏBƏR
21:05 3 Noyabr 2016
71 Dünya
Ölkə mətbuatı
A- A+

"Formula 1"in yeddi qat dünya çempionu Mixail Şumaxerin səhhətində müsbət irəliləyiş var.

Milli.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu barədə "Mercedes" komandasının keçmiş rəhbəri Ross Braun bildirib.

"Şumaxerin vəziyyətində ruhlandırıcı əlamətlər var və biz hər gün dua edirik ki, onların sayı çoxalsın. Ümid edirik ki, o, bir gün sağalacaq", - R.Braun söyləyib.

Xatırladaq ki, Mixael Şumaxer 2013-cü il dekabrın 29-da Alp dağlarında xizək sürərkən yıxılmış və başından ciddi xəsarət almışdı. Hadisəni tədqiq edən müstəntiqlərin bildirirlər ki, qəza anında Şumaxerin sürəti "professional xizəkçi" həddinə çatıbmış.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR