Qırmızı meyvələrin inanılmaz faydaları

Qırmızı meyvələrin inanılmaz faydaları
21:12 3 Noyabr 2016
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövrümüzdə gedərək yaşlanan cəmiyyətin ən mühüm səhiyyə problemi kimi qəbul edilən Alzheimer xəstəliyinin qarşısının alınması, ən azından inkişafının əngəllənməsi qırmızı rəngli meyvələrin sayəsində ola bilər.

Sevə-sevə yediyimiz çiyələk, gilas, albalı, nar, moruq və digər meyvələr antosiyanidinlər baxımından olduqca zəngin mənbələrdirlər. Lakin bu meyvələrin böyük bir hissəsinin yaz və yay aylarında olması səbəbindən il ərzində müntəzəm qəbul etmək mümkün olmur. Bu səbəbdən də, mütəxəssislər qurudulmuş qırmızı meyvələrdən istifadə etməyin ağıllı bir yanaşma olacağını söyləyiblər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, antositanidinlərin suda həll olma xüsusiyyətlərinə görə, qurudulmuş qırmızı rəngli meyvələrin bitki çayı halında istifadə edilməsi bəzi əlavə üstünlükləri özündə ehtiva edir.
Quruluşu nə olursa olsun, meyvə və tərəvəzlərdə və ya digər bitkilərdə olan polifenolik birləşmələrin ortaq xüsusiyyəti antioksidant təsirləridir. Bu təsirlərinə bağlı olaraq ürək və damar xəstəlikləri, yüksək təzyiq, yüksək xolesterin, ürəkdə ritm pozğunluqları, müxtəlif növ xərçənglər, qaraciyər zədəsi, yaddaş zəifləməsi kimi, mühüm sağlamlıq problemlərinin qarşısının alınması baxımından polifenolik birləşmələrlə zəngin qidalar olduqca önəmlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR