Öldürən göbələklər: zəhərlənmədən necə qorunmalı? - VİDEO

Öldürən göbələklər: zəhərlənmədən necə qorunmalı? - VİDEO
21:17 3 Noyabr 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Payız mövsümünün gəlişi göbələkdən zəhərlənmə hallarını da aktuallaşdırır.

Meşələrin göbələklə zəngin olması, problemin əhatəsini genişləndirir. Zəhərli göbələyi tanımayanlar bir çox hallarda ağır zəhərlənməyə məruz qalır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bazarlarda qiyməti 2-3 manat arasında dəyişən bu məhsulu tanımaq üçün bəzi detallara fikir vermək kifayət edir.

Satıcıların sözlərinə görə, hər səhər bazarlara gələn göbələklər labaratoriyada yoxlanıldıqdan sonra satışa buraxılır. Ən təhlükəsiz göbələk "şampinyon" hesab edildiyinə görə onun satışına icazə verilir. Çünki bu göbələkdən hec vaxt zəhərlənmə halı baş vermir.

Gigiyena ve Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev də bazarlarda satılan göbələklərin zəhərli olmadığını bildirir. Onun sözlərinə görə, zəhərlənmələr göbələyin sanitar norma və qaydalara riayət edilməməsindən qaynaqlanır.

Zəhərlənmə halı baş verərsə, bütün toksik maddələr qida ilə birlikdə çıxarılmalıdır. Habelə meşələrdən, yol kənarlarından göbələk almamaq da məsləhət görülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/463124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR