İmam Hüseynin (ə) haqqını tanıyıb, onu ziyarət edənin savabı

İmam Hüseynin (ə) haqqını tanıyıb, onu ziyarət edənin savabı
21:17 3 Noyabr 2016
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Əbul-Qasim Cəfər ibn Muhəmməd ibn Qavləveyh Qummi öz sənədləri ilə nəql edir. Harun ibn Xaricə İmam Sadiqə (ə) dedi: "Bəziləri rəvayət edirlər ki, İmam Hüseyni (ə) ziyarət edən şəxsə həcc və ümrənin savabı vardır".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) buyurdu:"Allaha and olsun ki, kim onun haqqını tanıyaraq ziyarət etsə, həmin şəxsin keçmiş və gələcək günahları bağışlanar".
Hüseyn ibn Muhəmməd Qummi İmam Museyi-Kazımdan (ə) nəql edir: "İmam Hüseynin (ə) haqqını, hörmətini və vilayətini tanıyaraq Fərat çayı sahilində onu ziyarət edənin ən aşağı savabı - keçmiş və gələcək günahlarının bağışlanmasıdır".
İbn Muskan İmam Sadiqdən (ə) nəql edir: "Kim İmam Hüseyni (ə) haqqını tanıdığı halda ziyarət etsə, Allah onun keçmiş və gələcək günahlarını bağışlayar".
Bu barədə başqa sənədlərlə də hədislər nəql olunmuşdur.
 
(Mənbə: "Kamiluz-Ziyarat", 54-cü bab)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR