Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hamilə olarkən həyat yoldaşı arvadını boşayıb - VİDEO

Hamilə olarkən həyat yoldaşı arvadını boşayıb - VİDEO

Date: 3 November 2016 21:17

Sevinc Əliyeva 2012-ci ildə ailə qurub. O, ilk uşağa hamilə olarkən həyat yoldaşı qadını boşayıb. Nikah pozulsa da ailə həyatı davam edib. Hətta Sevinc Əliyeva qız uşağından sonra 2 il əvvəl oğlan uşağı da dünyaya gətirib. 5 ay əvvəl isə öyrənib ki, nikahı illər əvvəl pozulub. Qadın həyat yoldaşının onu qeyri-qanuni yolla boşadığını deyir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, mütəxəssislərə görə, nikahın pozulması doğrudan da qeyri-qanuni yolla həyata keçirilib. Çünki qanun hamiləlik dövründə nikahın sonlandırılmasını qadağan edir. Hətta uşaq südəmər hesab olunduğundan proses uşağın 1 yaşına qədər də həyata keçirilə bilməz.

Nikahın pozulmasında gözəçarpan növbəti nüans isə tərəflərdən birinin məhkəmə prosesində  iştirak etməməsidir. Qadın, məhkəmə tərəfindən ona bildirişin gəlmədiyini və heç bir rəsmi sənədə də imza atmadığını deyir.

Qeyd edək ki, Sevinc Əliyevanın həyat yoldaşı artıq başqası ilə ailə qurub. Mütəxəssislərə görə, qadın yenidən məhkəməyə müraciət etsə onun ikinci evliliyi ləğv olunacaq.

Sevinc Əliyeva hüquqlarının pozulması, dəyən maddi və  mənəvi ziyana görə həyat yoldaşından təzminat da tələb edə bilər.

Milli.Az


Tags:  Hamilə olarkən həyat yoldaşı arvadını boşayıb VİDEO

RƏYLƏR


Top news