Unutqanlığa qarşı güclü yaddaş pəhrizi

Unutqanlığa qarşı güclü yaddaş pəhrizi
21:21 3 Noyabr 2016
324 Şou
Ölkə mətbuatı
A- A+

Son zamanlar çox unutqan olduğunuzu düşünürsünüz?

Axşam.az Türkiyəli dietoloq Günəş Aksüsün yaddaş pəhrizini təqdim edir:

Hər gün 3-4 qoz yeyin:

Qozun beynin fəaliyyətinə olduqca ciddi təsiri var. Əgər köksünüzsə, 4 dənədən artıq yeməməyə diqqət edin, əgər arıqsınızsa, gündə 1-2 qoz da əlavə edilə bilər.

Hər gün göyərti yeyin:

 Ümumiyyətlə, yaşıl tərəvəzlərin çox yeyilməsi yaddaşın güclənməsinə ciddi təsir göstərir. Çiy yeyilən tərəvəzlər daha çox xeyirlidir. Cəfəri, ispanaq bu işdə xüsusuilə köməkçiniz ola bilər.

Həftədə 2 gün qırmızı ət yeyin:

 Qırmızı ət yaddaşa yaxşı təsir göstərir. Yəni, hər gün olmasa da, həftədə 2 gün qırmızı ət yemək sağlamlığıma xeyirdir. Burada nəyə diqqət etmək lazımdır? Əti qızartmaq, çox bişirmək olmaz. Suda qaynadıb yemək daha faydalıdır.

Hər gün karbohidrat qəbul edin: 

 Çörək qrupundan aldığımız karbohidrat və vitaminlər yaddaşı gücləndirir. Əgər arıqlamaq üçün pəhriz saxlayırsınsa, miqdarı minimuma endirə bilərsiniz.

Hər gün yaşıl çay için:
 
Yaşıl çayın faydaları saymaqla bitməz. Yaddaş, konsentrasiya, diqqət, maddələr mübadiləsinin sürətli çalışması dedikdə, ağla 1 və ya 2 stəkan yaşıl çay gəlir. Siz canlandıqca yaddaşınız da özünə gələcək.

Hər gün 1 fincan qəhvə için:

 Səhərə qədər çalışanlar, saatlarla masa arxasında əyləşənlər buna xüsusilə diqqət göstərməlidirlər. Qəhvə yaddaşa, diqqət dağınıqlığına müsbət təsir edir.

Həftədə 2-3 gün balıq yeyin:

 Balıq bədənimizin ən sevdiyi yeməklərdəndir. Balıq demək güclü bir beyin deməkdir! Bu səbəblə həftədə 3 dəfə balıq yeməyə diqqət edin . Et yemirsinizsə, B vitamini qəbul edin Vegeteryansınızsa və ət yeməyi sevmirsinizsə, B12 vitamini qəbul edə bilərsiniz. Yoxsa yaddaşınızla bağlı problemlər davam edər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60445

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR