Sürücülük vəsiqələri yeni qaydalarla veriləcək - VİDEO

Sürücülük vəsiqələri yeni qaydalarla veriləcək - VİDEO
21:22 3 Noyabr 2016
213 Ölkə
Ölkə mətbuatı
A- A+

Sürücülük vəsiqələrinin alınması ilə bağlı yeniliklər edilə bilər. Milli Məclisdə ''Yol hərəkəti haqqında'' qanuna dəyişikliklər edilməsi gözlənilir.

Belə ki, ilk dəfə sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bundan əlavə sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət də gücləndiriləcək.

Daha bir yenilik ondan ibarətdir ki, Azərbaycan vətəndaşı xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsiləri ilə bağlıdır.

Maraqlı məqam ondan ibarətdir ki, xaricdə alınmış sürücülük vəsiqənin dəyişdirilməməsinə görə hansısa cərimə nəzərdə tutulmur. Məqsəd bütün sürücülərin vəsiqələrindəki məlumatların informasiya sisteminə uyğunlaşdırmaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/422738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR