Bu meyvə xərçəng hüceyrələrini yox edir - İ NANILMAZ FAYDALARI

Bu meyvə xərçəng hüceyrələrini yox edir - İ NANILMAZ FAYDALARI
21:27 3 Noyabr 2016
282 Ölkə
Ölkə mətbuatı
A- A+

Heyva qida elementləri ilə zəngin meyvədir. Heyvanın tərkibinə A, C və B qrupu vitaminləri, kalsium, dəmir, fosfor, mis, kalium, selen, sink və maqnezium kimi minerallar daxildir. Eyni zamanda, yağla kasad, liflə zəngin bir meyvədir.

Milli.Az lent.az-a istinadən heyvanın sağlamlığa faydalarını təqdim edir.
Heyva ilk növbədə mədə-bağırsaq sağlamlığı üçün faydalıdır. Çox güclü antioksidantdır və polifenolik birləşmələr daxildir. Bu birləşmələr sərbəst radikallarla mübarizə aparır, yaşlanma müddətini yavaşladır.
Ürək-damar xəstəlikləri və iflic riskinə qarşı qoruma təmin edir. Heyva balla qarışdırılıb yeyildikdə kolit, diareya, bağırsaq infeksiyaları və qəbizlik üçün ideal meyvədir.
 
Çində xüsusilə heyva qabığı xora müalicəsində, isladılmış və qaynadılmış heyva toxumlarından ibarət jele isə göz problemlərini rahatlaşdırmaq, selikli qişa pərdəsi iltihabları və hətta boğaz ağrılarını müalicə etmək məqsədilə istifadə olunur.
 
Bəzi araşdırmalar heyvanın tərkibindəki güclü antioksidantların bədxassəli xərçəng hüceyrələrini yox etməyə kömək olduğunu sübut edib.
 
Heyva suyu stresslə mübarizədə təsirlidir.
 
Heyva ürək bulanma və qusmanın qarşısını alır.
 
Yaponların apardığı araşdırmalardan birində heyva qabığındakı antiviral maddələrin Hepatit A, B və C-yə səbəb olan orqanizmlərin böyüməsinə mane olduğu aşkarlanıb.
 
Heyvadakı vitamin və mineralların qaraciyər funksiyalarını xəbərdar etdiyi və pankreas müalicəsinə kömək etdiyi deyilir.
 
Bu meyvənin ətli hissəsindəki dənələr həzm kanalı yolunda meydana gələn zəhərlənmələrdə istifadə edilə bilər. Bu dənələr qalın bağırsaqda xərçəngə səbəb olan kimyəvi birləşmələr, selikli membran xərçəngi, iltihablı bağırsaq xəstəliyinə qarşı qoruyucu rolunu oynayır.
 
Heyva soyuq və qrip infeksiyalarına da yaxşı təsir edir. Heyva antiviral (viruslara qarşı) xüsusiyyətlərə malikdir, antiseptikdir (mikrob məhv edən). Soyuqdəymə, qrip və digər viral patologiyalara qarşı qoruma təmin edir.
 
C vitamini, mis, dəmir, kalium və maqnezium tərkibi ilə immuniteti gücləndirir, iltihabı azaldır və bədəni viral hücumlara qarşı qoruyur.
 
Heyva eyni zamanda anemiya, qaraciyər, ürək-damar, göz, astma, digər tənəffüs yolu və antiallergiya xüsusiyyətləri sayəsində sistitlə mübarizədə də köməkçidir.
 
Ürək-damar xəstəliklərində ən yaxşı çarələrdən biridir.
 
Heyva yüksək səviyyədə həll edilən lif olan pektin tərkibi ilə pis xolesterolu salmağa kömək edir. Həzmə kömək edir, öd daşı meydana gəlməsinin qarşısını alır. Yüksək nisbətdə kalium ehtiva etməsi ilə qan təzyiqini aşağı salmağa təsirlidir.
 
Heyvanın yüksək lif tərkibi çəki itkisinə faydalıdır. 100 qram təzə heyva 57 kaloridir.
 
Sidikqovucu xüsusiyyəti sayəsində heyva bədəndə maye itkisini də aradan qaldırar.
 
Heyvadan mürəbbələr, cemlər, souslar, puddinqlər, şirniyyatlar, kekslər hazırlana bilər. Bişirməzdən əvvəl mütləq heyva çəyirdəklərini çıxarın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR