Həmcinsi ilə sevgili olan aktrisa Kristen Stüart “Chanel” brendinin yeni çanta kolleksiyasının siması olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı ulduz brendin “Gabrielle” adlı çanta modelinə görə kamera qarşısına keçib.
Artıq fotosessiyadan ilkin fotolar da mətbuata yayılıb. Brendin yaradıcı direktoru Karl Laqarfeld Stüartın çox fərqli özəlliklərə sahib olduğunu deyib:
“O, özünəməxsusdur. Mən Kristeni kiminləsə müqayisə edə bilmərəm. Stüart həqiqətən də müasirliyi təmsil edir”.