"Mavi"lərin məscidinin imamı: "Mən buyam.."

"Mavi"lərin məscidinin imamı: "Mən buyam.."
21:57 3 Noyabr 2016
183 Dünya
Ölkə mətbuatı
A- A+

Keyptaundakı xalq məscidi cümə namazı vaxtı adi məscid təsiri bağışlayır. Di gəl, bu məscidin imamı geydir və öz moizələrində homoseksualların hüquqlarını qoruyur.

"Həm sevgi, həm də nifrət görürəm"

Əlbəttə, onun mövqeyi bir çox müsəlmanda qəzəb doğurur, ancaq Muhsin Hendricks bu kiçik icmada dindarları öz cinsi və dini kimliklərini barışdırmağa çağırır:

"Müsəlman icmasından həm sevgi, həm də nifrət görürəm. Bəzən onlar deyirlər ki, məni ən hündür qayadan aşağı atmaq lazımdır. Bəzənsə, onların işləmək istəmədikləri insanlarla işləməyə hazır olan imamın olmasını qiymətləndirirlər".

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Keyptaunun yetərincə fəal gey həyatı var. Buranı çox zaman Afrikanın "gey paytaxtı" adlandırırlar. Şəhərin mərkəzində geylər üçün restoranlar, barlar, qonaq evləri və klublar var.

1996-cı ildə Hendricks Keyptaunda yaşayan, cinsi orientasiyasına görə özünü təcrid olunmuş hiss edən müsəlmanları dəstəkləmək üçün "Daxili Çevrə" qrupunu yaradıb. Beş il sonra isə bu məscidin əsasını qoyub.

"O məqamda anladım ki..."

Məscid gey müsəlmanların birlikdə dua etməsindən ötrü sakit və hamıya açıq məkandır.

"Mən qadınla 6 illik evlilikdən sonra 29 yaşımda boşanmışam. O məqamda anladım ki, daha ikili həyat yaşamaq istəmirəm. Özümlə səmimi olmalıydım. Bu prosesin bir hissəsi də etiraf etmək idi.

Mən buyam və səmimiyyətimə görə öldürəcəklərsə, deməli, mən Allahla belə görüşməyi seçmişəm", - 48 yaşlı Hendricks-in sözləridir.

"Daxili Çevrə"nin ofisində yerləşən məscidin 25 daimi ziyarətçisi var. Məsciddə gey cütlərin kəbinini də kəsilir.

Cənubi Afrikanın 1996-cı ildə qəbul edilmiş konstitusiyası dünyada ilk dəfə gey hüquqlarının qorunmasını təsbit edib. . CAR qitədə gey evliliklərinə icazə verən yeganə ölkədir.

Keyptaunda təxminən 300 min müsəlman yaşayır

Ancaq müxtəlif dinlərdən olan bir çox ölkə vətəndaşı LGBT (lezbian, gey, biseksual və transgender) icmasına qarşı bir o qədər də tolerant deyil. Odur ki, ölkədə geylər tez-tez ayrıseçkiliyə məruz qalırlar.

Keyptaunda təxminən 300 min müsəlman yaşayır. Əksər məscidlərin imamları açıq-aşkar homoseksuallığa qarşıdır. Hətta homoseksualları "ev dustaqlığına" və "islahedici müalicəyə" məruz qoymağı təklif edənlər də var.

"Homoseksuallıq qəbuledilməzdir və cəzası cəhənnəm odudur. Necə homoseksual olmaq olar? Bu, qadağandır. İmam olaraq, müsəlman olaraq, sənin vəzifən onların yanına gedib onlarla danışmaqdır, onlara "yox, bu, mümkün deyil" deməkdir". Məscidlərdən birinin rəhbəri - İmam Pandy belə deyir.

"Seksuallıq və din zəminində nə qədər həyat məhv olur. Bu adamlar dəyişikliyin pionerləridir və onlar düzgün yerdən başlayıblar", - məscidin sığınacaq verdiyi yerli rəsm müəlliminin sözləridir.

"İşin sirri nikbin qalmaqdır"

Bu yaxınlarda - cümə namazı zamanı Yaxın Şərqdən gəlmiş bir qadın ziyarətçi 30-dək adama moizə oxuyub. O öz ölkəsində qəzəblə qarşılana biləcəyindən, adının çəkilməsini istəməyib.

Atası da imam olan Hendricks bütün dünyanı gəzərək digər gey müsəlmanların hamısına mesajını çatdırır: "İşin sirri nikbin qalmaqdadır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR