Kremldə bomba həyəcanı

Kremldə bomba həyəcanı
22:42 3 Noyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva polisi Kreml və ABŞ səfirliyi də daxil olmaqla, paytaxtın bir neçə obyektinə bomba qoyulması iddiası barədə məlumatı yoxlayır.

Milli.Az oxu.az-a istinadən bildirir ki,bu barədə cümə axşamı, noyabrın 3-də, "Moskva" şəhər xəbərləri agentliyi yazır.

Nəşr qeyd edir ki, "02" xidmətinə Kreml, ABŞ səfirliyi, Yaroslav vağzalı, Leniski küçəsində yerləşən polis bölməsinə bomba qoyulması barədə məlumatı daxil olub.

TASS nəşri isə əlavə edir ki, Kursk və Kazan vağzalları da təhlükə altındadırlar.

Moskva polisi bütün obyektlərə minaaxtaranlar göndərildiyini bildirib. Zəng edən şəxsin kimliyi araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR