Gündə 1 yumurta yesəniz...

Gündə 1 yumurta yesəniz...
23:27 3 Noyabr 2016
585 Ölkə
Ölkə mətbuatı
A- A+

Əvvəllər belə hesab olunurdu ki, yumurta qanda xolesterinin səviyyəsini qaldırır ki, bu da ürək və damar xəstəliklərinin inkişafına səbəb olur.
Həkimlər insanlara yumurtanın qəbulunu məhdudlaşdırmağı tövsiyə edirdilər. Lakin son elmi araşdırmalar göstərib ki, yumurta nəinki ürək-damar sistemi üçün ziyanlıdır, əksinə hər gün 1 yumurta yeyən insanda ürək və damar xəstəliklərinin, xüsusilə insultun riski azalır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlərin fikrinə görə, bunun səbəbi yumurtanın tərkibində antioksidantların çox olmasıdır. Antioksidantlar orqanizmdə iltihabın səviyyəsini aşağı salır və bu da ürəyin və damarların sağlamlığına müsbət təsir edir.
Bundan əlavə yumurta polidoymamış yağlı turşularla zəngindir ki, bu turşular beyin üçün çox faydalıdır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR