Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tələbə qız gecələr qonşusunun səs-küylü intim həyatı haqda yazdı - FOTO

Tələbə qız gecələr qonşusunun səs-küylü intim həyatı haqda yazdı - FOTO

Date: 3 November 2016 23:43

ABŞ-da universitet yataqxanasında otaq qonşusunun gecə çıxardığı səslərdən bezən tələbə qapının aşağısına qoyduğu məktubu "Twitter"də də paylaşıb.

Nyu-York-da yerləşən "Syracuse" universitetində oxuyan 19 yaşlı Jenna Levine yataqxanadakı otaq qonşusunun gecələr çıxardığı səslərdən bezərək qapının aşağısına bir mesaj yazıb qoyub.

Jenna "Twitter"də də paylaşdığı mesajda bunları qeyd edib:

"Salam, zəhmət olmasa bir az daha səssiz sekslə məşğul ola bilərsinizmi? Bəzilərimiz yatmağa çalışırıq və mən nə qədər yalnız olduğumu xatırlamamağa çalışıram. Əlbəttə ki, bu sözlərim səni istədiyin kimi sekslə məşğul olmağına mane olmasın, amma xahiş edirəm sadəcə bir az səssiz edin bunu. Təşəkkürlər!"

19 yaşlı tələbəyə 338 nömrəli qonşu otaqdan qısa cavab və bir paket şokolat gəlib:

"Çox əziz qonşularım, bunun üçün çox-çox-çox üzr istəyirəm. Bu qədər səs çıxartdığımın fərqində deyildim.

Bilirsinizmi, bəzən səsli şəkildə sekslə məşğul olmaq daha maraqlı olur. Fəqət bəlli ki, bu, sizin üçün heç də elə deyil. Bunun üçün üzr istəyirəm.

Artıq daha az səs çıxaracam və narahat olma, ömür boyu yalnız qalmayacaqsan. Mən 18 ildir yalnız idim".

Sosial şəbəkələrdə böyük səs-küyə səbəb olan bu "Twitter" paylaşımı 120 mindən çox bəyənmə alıb və 47 min insan tərəfindən paylaşılıb.


Tags:  Tələbə qız gecələr qonşusunun səs-küylü intim həyatı haqda yazdı FOTO

RƏYLƏR


Top news