“Qəbələ” - o qol, 30-cu qol

“Qəbələ” - o qol, 30-cu qol
00:12 4 Noyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" avrokuboklarda yubiley qolunu vurub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının IV turunda Fransanın "Sent-Etyen" klubunun qapısına vurulan top "qırmızı-qaralar"ın qitə miqyaslı turnirlərdə 30-cu qolu olub.
 
Yubiley qolunun müəllifi isə Ruslan Qurbanov olub. O, komandasının 30 qoluna 2-ci töhfəsini verib. Ən çox qol isə Sergey Zenyovun hesabındadı - 6 top.
 
Teo Uiks 5, Dodo 4, Baqali Dabo və Cavid Hüseynov 3 dəfə fərqlənib. Sonuncu həm də ilk qolun müəllifidi. O, ötən il I təsnifat mərhələsinin "Dinamo" ilə Gürcüstandakı oyununda komandanın ilk qoluna sevinib.
 
Bu oyunadək keçirdiyi 27 matçda 29 qol vurub, 37-ni buraxan "qırmızı-qaralar" 30-a 28-ci matçında çatıb. Azərbaycan klubları arasında yalnız "Qarabağ", "Neftçi" və "İnter"dən geri qalan "Qəbələ" qol sayında 4-cüdü.
 
Qeyd edək ki, Ruslanın qolu ilə "Qəbələ"nin ev oyunlarındakı məhsuldar seriyası davam edib. "Qırmızı-qaralar"cari mövsüm bütün ev matçlarında qol sevinci yaşayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR