Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Artıq şansımız qalmayıb" - Roman Qriqorçuk

"Artıq şansımız qalmayıb" -   Roman Qriqorçuk

Date: 4 November 2016 00:37

“Birinci hissənin sonlarında hakimin qərarından narazılığımı bildirdim. O da məni texniki zonadan uzaqlaşdırdı. Amma heç nədən peşman deyiləm”. Futbolinfo.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.


Avropa Liqasının 4-cü turunda “Sent-Etyen”i qəbul edən “qırmızı-qaralar” hesabı açmalarına baxmayaraq, sonda meydanı məğlub tərk ediblər - 1:2. Matçın ilk hissəsinin sonlarında baş hakim tərəfindən texniki zonadan qovulan Qriqorçuk oyundan sonrakı mətbuat konfransında sözlərini bu cür davam etdirib: 


- Bu, bizim dördüncü oyunumuz idi. Rəqiblə başabaş mübarizə apardıq. Bu, bizim inkişafımızdan xəbər verir.


- Razısınız ki, iki kobud səhvdən sonra qonaqlara qələbəni hədiyyə etdiniz?

- Mən belə düşünmürəm. İkinci qol fərdi səhvdən vuruldu. Yalnız bu qol barədə belə deyə bilərəm. Amma düşünməyin ki, bu, Rəşad Sadiqovun səhvidi, onu bağışlamaq olmaz. Mən onu dəstəkləyirəm. Rəşad komandamız üçün vacib oyunçudu.


- Təsnifat mərhələsində gördüyümüz Teo Uiksi indi görə bilmirik. Nə baş verir?

- Deməzdim ki, bu gün pis çıxış etdi. O, fərqli funksiyaları yerinə yetirdi, dayaq yarımmdafiəçisi mövqeyində çıxış etdi. Uiksə hansısa etirazım yoxdu.


- Qrupda itirəcəyiniz bir şey yoxdu. Son iki matçdan necə istifadə etməyi düşünürsünüz?

- Məlum məsələdi ki, artıq şansımız qalmayıb. Öyrənmək, təcrübə toplamaq şansımız var. Bu turnirdə çıxış etdiyimiz üçün çox şadam. Avropa Liqası böyük turnirdi. Buradakı bütün matçlar bizim üçün çox önəmlidi. Ola bilsin ki, bizim heç bir şansımız qalmayıb. Amma futbolçuların həvəsdən düşmələrinə imkan vermərəm.


- Tribunadan “Qəbələ” necə görünürdü?

- Yuxarıdan baxmaq çox yaxşı görünür. Amma baş məşqçi gərək öz yerində olsun.

(futbolinfo.az)


 




Tags:  şansımız qalmayıb Roman Qriqorçuk


RƏYLƏR


Top news