Kristof Qaltye: "Qəbələ" də zəif komanda deyil

Kristof Qaltye:  "Qəbələ" də zəif komanda deyil
00:58 4 Noyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

"Vacib oyun idi. Növbəti mərhələ üçün bizə şans yarandı. Artıq "Maynts"la görüş barədə düşünməliyik".

Bunu Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye deyib.

Baş məşqçi "Qəbələ" ilə keçirilmiş Avropa Liqasının IV turunun oyunundan sonra ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirilmiş oyundan da danışıb:

"Maraqlı oyun keçdi. İlk hissədə top tamamilə bizdə idi. Lakin ikinci hissədə topu rəqib komandaya verdik. Fasilədən sonra tam gücümüzlə oynamırdıq. "Qəbələ" də zəif komanda deyil. "Qarabağ"la matçda təcrübəmiz bugünkü qədər deyildi. Lakin iki il sonra “Qəbələ” ilə matça ciddi hazırlaşmışdıq. Çətin oyun oldu".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR