"Fasilə ərəfəsində qol buraxmamalıydıq" - Ruslan Qurbanov

"Fasilə ərəfəsində qol buraxmamalıydıq" -   Ruslan Qurbanov
01:17 4 Noyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” bu gün Avropa Liqasının IV turu çərçivəsində “Sent-Etyen”ə məğlub oldu (1:2). Matçdan sonra “qırmızı-qaralar”ın yeganə qoluna imza atan Ruslan Qurbanov jurnalistlərin suallarını cavablandırıb.


- Əlimizdən gələni etdik, fasilə ərəfəsində qol buraxdıq. Artıq nəsə demək üçün gecdir. Referi həmin epizodda fit çalmamalı idi. Fasilə ərəfəsində qol buraxmamalıydıq. Bacardığımız qədər oynadıq. Azarkeşlərimizi sevindirmək istəyirdik. Təəssüf ki, alınmadı. Növbəti – AZAL-a oyuna hazırlaşacağıq. Ardınca isə DÇ-2018-in seçmə mərhələsinin oyunları gəlir. Bundan sonra yenidən Avropa Liqası barədə düşünəcəyik.


- Baqali Dabosuz hücumda oynamaq çətindir?

- Təbii ki, Dabo yaxşı futbolçudur. İnşallah, tezliklə bərpa olunub meydana qayıdacaq.


- Bu gün mərkəz hücumçusu kimi çıxış etmək sənin üçün rahat idi?

- Bu suala cavab vermək çətindir. Təbii ki, mənim üçün cinahda oynamaq daha münasibdir. Lakin baş məşqçi harada qoysa, orada da oynayacağam. Əsas odur ki, o, razı qalsın. 


- Bundan sonra Avropa Liqasında motivasiyanız nə olacaq?

- Mümkün qədər daha çox xal toplamaq, ən azı ilk qələbəmizi qazanmaq.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotfasil-rfsind-qol-buraxmamalydqquot-t53887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR