"Dayanın, bu nə bazardı?" - "Sent-Etyen"in baş məşqçisi

"Dayanın, bu nə bazardı?" -   "Sent-Etyen"in baş məşqçisi
01:27 4 Noyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

“Çox vacib oyun idi. Növbəti mərhələ üçün bizə şans yarandı”. Fanat.Az saytının məlumatına görə, bu sözlər “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltyeyə məxsusdu.


Fransa təmsilçisi Avropa Liqasının 4-cü turu çərçivəsində Bakıda “Qəbələ”ni 2:1 hesabıyla məğlub edərək, xallarının sayını 8-ə yüksəldib.

Qaltye qarşılaşmadan sonrakı mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: 


- Artıq “Maynts”la növbəti görüş barədə düşünməliyik. Uğurlu çıxışı həmin oyunda da davam etdirmək istəyirik.


- Oyunla bağlı fikriniz nədi?

- Çox maraqlı oyun keçdi. İlk hissədə top tamamilə bizdə idi. Lakin ikinci hissədə topu rəqib komandaya verdik. Fasilədən sonra tam gücümüzlə oynamırdıq. Rəqibimiz də zəif deyildi. Əsas odu ki, qələbə qazana bildik.


- Bakıya “Qarabağ”la oyun üçün də gəlmişdiniz. Həmin “Qarabağ”la “Qəbələ”ni necə müqayisə edə bilərsiniz?

- “Qarabağ”la matçda təcrübəmiz bugünkü qədər deyildi. Lakin iki il sonra keçirilən “Qəbələ” ilə matça ciddi hazırlaşmışdıq. Çətin oyun oldu.


Qeyd edək ki, "Sent-Etyen"in baş məşqçisi mətbuat konfransını yarımçıq tərk edib. O, azərbaycanlı operatorların konfransın bitməsini gözləmədən zalı tərk etmələrinə əsəbləşib. altye “Dayanın, konfrans bitməyib. Bu nə bazardı?” deyərək, zalı tərk edib.



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotdayann-bu-n-bazardquot-t53889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR