Avtobuslarda sərnişinlərin həyatı belə təhlükəyə atılır - ŞOK VİDEO

Avtobuslarda sərnişinlərin həyatı belə təhlükəyə atılır - ŞOK VİDEO
02:18 4 Noyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

İctimai nəqliyyatda bir müddət əvvəl quraşdırılmağa başlanan kameralar sərnişindaşımadakı problemləri üzə çıxarıb. Məsələn, sürücü avtobus hərəktdə olarkən sükanı buraxır və ayağa qalxaraq qapını bağlayır.

Başqa bir sürücü isə hərəkət zamanı sükandan əlini çəkərək cibindən tum çıxarır və çıtlamağa başlayır.

Belə sürücü isə görülməyib: ödəməni kartla etməli olan sərnişindən pulu nəğd alıb ona deyir ki, yalandan əlini ödəmə termınalına sürtsün ki, guya kartla ödəniş edib.

Sərnişindaşıma şirkətlərindən birinin “Xəzər Xəbər”ə təqdim etdiyi bu görüntülər bu sahədəki acınacaqlı vəziyyəti ortaya qoyur. Amma indidən sonra vəziyyət yaxşıya doğru dəyişəcək. Çünki daşıyıcı şirkətlər kameralar vasitəsi ilə sürücülərin hərəkətlərini müşahidə edərək lazımi tədbirlər görəcək.

Sərnişin avtobusunun sürücüləri bilməlidir ki, bundan sonra hər bir hərəkətləri müşahidə altındadır. İşdən azad olunmaq və ya töhmət almaq istəmirlərsə keyfiyyət və nəzakətlə xidmət göstərsinlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/174677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR