Könüllülərə Qarabağ veteranı adının verilməsi proseduru dəyişdi

Könüllülərə Qarabağ veteranı adının verilməsi proseduru dəyişdi
04:04 4 Noyabr 2016
118 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də dəyişikliklər edib.

 

APA-nın məlumatına görə, dəyişiklik müharibə veteranı adının verilməsi qaydası ilə bağlıdır.

 

İndiyə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə daxili işlər, dövlət təhlükəsizliyi orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilib. Eyni zamanda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara  müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilib.

 

Dəyişikliyə əsasən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilmə prosedurunun dəqiq müəyyənləşməsi və bu prosesdə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarında bundan sonra əsas götürüləcəyi ilə bağlıdır. Başqa sözlə, dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları,  Dövlət Sərhəd Xidməti,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,  Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı veriləcək. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən,onun dublikatı)  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən veriləcək.

 

İndiyə qədər Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilib. Dəyişikliyə əsasən isə bundan sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən veriləcək.

 

Digər dəyişiklik vəsiqənin hazırlanması xərcləri ilə əlaqədardır. İndiyə qədər vəsiqənin hazırlanması xərcləri Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin vəsaiti hesabına ödənilib. Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən cəzaçəkmə müəssisələrində xidmət edən əməkdaşlara Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilib. Dəyişikliyə əsasən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin bu sahədə vəzifəsi ləğv olunub. Başqa sözlə, vəsiqənin hazırlanması xərcləri Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin,  Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və  Xüsusi Dövlət Mühafizə Xidmətinin vəsaiti hesabına ödəniləcək. “Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsinin verilməsi sahəsində də  Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin səlahiyyəti ləğv edilib.

 

Bu qərar qüvvəyə mindiyi tarixdən 30 gün müddətində yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin siyahılarını təsdiq edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Trampın baş bəlasına çevrilmiş səfir geri çağırılır - VİDEO

25 İyun 2017 15:17

"Zirə"dən növbəti transfer

25 İyun 2017 15:12

Heydər Əliyev Mərkəzinin parkında taekvondo üzrə master-klass təşkil edilib

25 İyun 2017 15:12

Alim Qasımovun xanımı və qızı - FOTO

25 İyun 2017 15:05

Bakı "Formula-2"nin qalibi bilindi - FOTO

25 İyun 2017 15:05

Ərdoğan namazda huşunu itirdikdən sonra vəziyyəti barədə danışıb

25 İyun 2017 15:02

"Formula-2" yarışının VIII mərhələsinin qalibi müəyyənləşib

25 İyun 2017 15:02

80 yaşlı nənəni qandallayıb apardılar - GÖRÜNTÜLƏR

25 İyun 2017 14:59

"Formula-1"-də erkən "stop"

25 İyun 2017 14:57

Oksanadan çılğın rəqs -

25 İyun 2017 14:56

Rəsulzadənin pulu necə oğurlandı? - Krımlı mücahidin xatirələri

25 İyun 2017 14:53

İspaniyada meşə yanğınları səbəbindən 2 mindən çox insan təxliyyə edilib

25 İyun 2017 14:52

Mosulda terrorçu özünü partlatdı: 12 ölü, 20 yaralı

25 İyun 2017 14:52

Arıqla, pul qazan - Yeni layihə - FOTOLAR - VİDEO

25 İyun 2017 14:28

"Tələblər beynəlxalq hüquqa ziddir" -

25 İyun 2017 14:24

Bakıda Formula-2 üzrə ikinci yarış başlayıb

25 İyun 2017 14:22

Atışma səhərə qədər davam etdi: Bayramı qana boyayacaqdılar

25 İyun 2017 14:18

Tovuzda orta yaşlı qadın özünü qatarın altına ataraq intihar edib

25 İyun 2017 14:17

F1-ə baxmaq üçün Bakıya gələn gözəllər - FOTOLAR

25 İyun 2017 14:07

Türkiyədə 2 terrorçu məhv edildi

25 İyun 2017 14:05

Nyukaslda sürücü avtomobili Ramazan bayramını qeyd edən insanların üzərinə sürüb

25 İyun 2017 13:57

"Şaxtyor"un qapıçısı "Qarabağ"a niyə keçdi?

25 İyun 2017 13:57

Bakının mərkəzində qadınlar arasında DAVA-DALAŞ

25 İyun 2017 13:54

Əfqanıstanda terror: 10 polis öldürüldü

25 İyun 2017 13:52

Çindəki faciədə ölənlərin sayı 24-ə çatdı -

25 İyun 2017 13:51

Xalq artistinin xanımı, əməkdar artistin anası - FOTO

25 İyun 2017 13:49

Finlandiyalı qonaq: Formula 1 Azərbaycanın dünyada təbliği üçün gözəl imkandır

25 İyun 2017 13:36

Tolik və Hüsniyə dünya ulduzu ilə bir arada - FOTO

25 İyun 2017 13:32

Türkiyənin şərqində 2 PKK terrorçusu məhv edilib

25 İyun 2017 13:29

Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu

25 İyun 2017 13:25

BAKIDA ƏMƏLİYYAT: Türkiyənin axtardığı şəxs yaxalandı

25 İyun 2017 13:24

"Gələcəkdə heç kim paltar geyinməyəcək" deyib, hamının çılpaq şəkillərini çəkdi - FOTOLAR

25 İyun 2017 13:23

Tovuz xəstəxanasında çağırış zənginə gec cavab verildiyinə görə həkim və tibb bacısı döyülüb

25 İyun 2017 13:22

İnterpol gələcəyin üç əsas təhdidini açıqladı

25 İyun 2017 13:22

Britaniya parlamentində həyəcan – Parollar oğurlandı

25 İyun 2017 13:13

Meksikada cinayətkar dəstə 11 nəfəri qətlə yetirdi

25 İyun 2017 13:12

Bakıda kafedə dava - Pakistanlı döyüldü

25 İyun 2017 13:12

Restorana basqın edib polis rəisini öldürdülər - MEKSİKADA

25 İyun 2017 13:09

Əfqanıstanda terrorçular NBM-ə hücum ediblər, ölənlər və yaralananlar var

25 İyun 2017 13:08

Fahriyenin xına gecəsindən ilk görüntülər - VİDEO - FOTO

25 İyun 2017 12:57

Türk klubundan Arda Turan bombası

25 İyun 2017 12:57

Türkiyədə sərnişin avtobusu aşdı -

25 İyun 2017 12:53

Sumqayıt sakinləri gecə dəhşət yaşadılar - Güclü yanğın - VİDEO

25 İyun 2017 12:42

Rumıniya yığmasının sabiq üzvü "Zirə"də

25 İyun 2017 12:37

Pakistan cəhənnəmi yaşadı -

25 İyun 2017 12:26

Çində torpaq sürüşdü: 140 nəfər itkin düşdü - VİDEO - FOTO

25 İyun 2017 12:22

Meraya Kerri: "Bakı, mən artıq yoldayam!" - VİDEO

25 İyun 2017 12:17

Çində sürüşmə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb

25 İyun 2017 12:12

Afrika qaçqını 10 yaşlı azərbaycanlı qızı zorladı

25 İyun 2017 12:08

Abşeronda yanğın -

25 İyun 2017 11:58