Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Kartof ruletləri - FOTO

Kartof ruletləri - FOTO

Date: 4 November 2016 07:05

Milli.Az kartof ruletlərinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

100 ml su

200 q un

1 x.q. günəbaxan yağı 

2 çimdik sarıkök 

4 kartof

1 ç.q. şəkər tozu

1,5 ç.q. duz

1 dəstə göyərti

1/4 ç.q. karri

2 çimdik üyüdülmüş zəncəfil

1,5 ç.q. küncüt

qızartmaq üçün:

bitki yağı

Kartofu suda qabıqlı bişirin, soyuduqdan sonra qabığını soyub əzin. Doğranmış göyərti, küncüt, duz, şəkər tozu, karri və zəncəfil tozunu əlavə edib qarışdırın. 

Un, sarıkök, duz, su və 1 x.q. bitki yağını qarışdırıb yoğurun. Üzərinə dəsmal örtüb yarım saat saxlayın. 

Masanın üzərinə un səpib xəmiri təxminən 4 mm qalınlıqda yayın. İçi üzərinə döşəyib rulet kimi bükün. 

2 sm qalınlıqda doğrayın. 

Tavada bitki yağını qızdırın, rulet dilimlərinin hər iki üzünü qızılı rəng alanadək qızardın. 

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az






Tags:  Kartof ruletləri FOTO

RƏYLƏR


Top news