Yol polisinin protokolu sürücünü təəccübləndirib - SƏBƏB - VİDEO

Yol polisinin protokolu sürücünü təəccübləndirib - SƏBƏB - VİDEO
07:08 4 Noyabr 2016
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Yol polisinin elektron protokolu sürücünü təəccübləndirib. Protokoldakı nə maşın onundur, nə də dövlət nömrə nişanı...

Hadisə bir neçə gün əvvəl Bakıda, sürücü Ülvi Daşdəmirlinin başına gəlib. Onun sözlərinə görə, radara düşməsi ilə bağlı mobil telefonuna SMS gəlib.

Protokoldakı şəkildə 99-FO-661 dövlət nömrə nişanlı ''Mitsubishi" markalı avtomobildi. Fotodan belə aydın olur ki, həmin maşını ərazidə xidmət aparan patrul avtomobili ''I-Patrul'' vasitəsi ilə çəkib.

Cərimə məbləği böyük olmasa da sürücü ona ünvanlanan cəriməni ödəməkdən imtina etdiyini deyir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, Kamran Əliyev bildirib ki, sözügedən məsələ texniki səhvdi.

''Sistemdə texniki səhv aradan qaldırılıb və qayda poztunusuna yol verdiyi üçün tərtib olunan protokol "Mitsubishi" markalı avtomobilin sürücüsünə ünvanlanıb. Buna görə də, "BMV"nin sürücüsü Ülvi Daşdəmirlinin narahat olmasına heç bir əsas yoxdur'',- deyə şöbə rəisi bildirdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/174679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR