5-ci məğlubiyyət

5-ci məğlubiyyət
07:37 4 Noyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin avrokuboklardakı məğlubiyyət seriyası 5-ə çatıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA Avropa Liqasının IV turunun "Sent-Etyen"lə Bakıdakı oyununda 1:2 hesabı ilə uduzan "qırmızı-qaralar" pley-offun cavab oyunundan başlayan seriyanı qıra bilməyib. 

Sloveniyanın "Maribor" klubuna 0:1 hesablı səfər yenilgisindən sonra qrupda "Anderlext"ə (Belçika) 1:3, "Maynts"a (Almaniya) 2:3, iki həftə öncə isə "Sent-Etyen"ə 0:1 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri 5 yenilgidən ikisini evdə, üçünü səfərdə yaşayıb.
 
Bu, Azərbaycan klublarının 3-cü ən uğursuz seriyasının təkrarıdı. "Qarabağ" da eyni göstəriciyə malikdi.
 
Qeyd edək ki, antirekord ardıcıl 7 dəfə uduzan "Kəpəz"ə məxsusdu. "Şəmkir" isə 6 matçda yenilgiləri sıralayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR